İki qrup arasında başlayan dava faciə ilə bitdi - VİDEO
Türkiyənin Ankara şəhərinin Yenimahalle rayonunda iki qrup arasında baş verən dava nəticəsində 2 nəfər xəsarət alıb, hadisəyə görə 3 şübhəli şəxs həbs edilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Selçuklu küçəsində yerləşən çörək və şirniyyat mağazasında qeydə alınıb. İddialara görə, iştirak etdikləri toy mərasimindən çıxan Hüseyn B., Samet B. və Umut D. adlı üç əmioğlu şirniyyat almaq üçün mağazaya daxil olublar. Bu zaman onların arxasınca gələn qrupla mübahisə yaranıb.
Qısa müddətdə davaya çevrilən insident zamanı Umut D. hadisə yerindən uzaqlaşa bilsə də, Hüseyn B. və Samet B. dəyənəklərlə döyülərək yaralanıblar.
Hadisə şahidlərinin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb və müalicə altına alınıblar.
Hadisənin təhlükəsizlik kamerası görüntüləri də üzə çıxıb. Kadrlarda davada iştirak edən şəxslərdən birinin nasoslu tüfənglə atəş açmağa çalışdığı, lakin silahın nasazlıq səbəbindən işləmədiyi görünür. Daha sonra həmin şəxsin tüfəngin qundağı ilə Hüseyn B.-yə zərbə endirdiyi əks olunub.
Polis əməkdaşları hadisəyə qarışan 3 nəfəri qısa müddətdə saxlayıblar. Məhkəməyə çıxarılan şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 592 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabr