"WhatsApp" bəzi telefonlarda fəaliyyətini dayandıracaq
WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub.
Milli.Az xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq.
Yeni qaydalara əsasən, 30 noyabr 2026-cı ildən etibarən "WhatsApp" yalnız iOS 15.5 və daha yeni versiyalarla işləyən "iPhone" cihazlarını dəstəkləyəcək. Bu səbəbdən bəzi köhnə "Apple" modellərinin istifadəçiləri tətbiqdən yararlana bilməyəcəklər.
Android platformasında isə dəyişikliklər 8 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra Android 6.0-dan daha köhnə əməliyyat sistemlərinə malik cihazlarda tətbiqin fəaliyyəti dayandırılacaq.
Şirkət bildirib ki, qərarın əsas məqsədi təhlükəsizlik səviyyəsini yüksəltmək, yeni funksiyaların daha sabit işləməsini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaqdır.
Meta köhnə cihazlardan istifadə edən şəxslərə məlumatlarını əvvəlcədən ehtiyat nüsxədə saxlamağı və imkan daxilində əməliyyat sistemlərini yeniləməyi tövsiyə edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 380 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyin yuxusuzluqdan "özünü yeməyə" başlayır - Bu, əslində nə deməkdir?
Bir çox insan düşünür ki, bir neçə gün az yatmaq sadəcə yorğunluq, halsızlıq və ya gözaltı qaralmalarla nəticələnir. Lakin elmi araşdırmalar göstərir ki, xroniki yuxusuzluq uzunmüddətli perspektivdə beynin quruluşuna və fəaliyyətinə ciddi zərər verə bilər. xarici mediaya istinadən xəbər verir ki, yux
17 iyulDondurmanı belə yesəniz, bu xəstəlik qaçılmazdır
Yay aylarında dondurma istehlakının artması ilə əlaqədar mütəxəssislər onun düzgün istifadə edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, süd, zülal, kalsium və vitaminlərlə zəngin olan dondurma düzgün istehlak edildikdə faydalıdır, lakin yanlış istifadə boğaz infeksiyası riskini artıra bilər
17 iyulPsixoloqdan vacib açıqlama: Uşaqlara gündə nə qədər telefon vermək olar?
Bir çox valideyn uşağı sakitləşdirmək və ya rahat şəkildə yemək yedirtmək üçün onları saatlarla ekran qarşısında qoyurlar. Bir çox hallarda bu öz rahatlıqları üçün edilir. Bəs əslində telefon, planşet, televizor uşağa hansı zərərlər verir? Uşaqların yaşına görə gündəlik ekran vaxtı nə qədər olmalıdır
20 iyulQızıl axtararkən qarşılarına keçi çıxdı
Türkiyənin Elazığ və Tunceli vilayətləri arasındakı ərazidə qızıl axtarmaq üçün təbiət gəzintisinə çıxan iki dost maraqlı anlar yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, əllərində avadanlıqlarla ərazidə axtarış aparan zaman onların qarşısına qəfil keçi çıxıb. Gözlənilməz qarşılaşma dostları təəccübləndiri
17 iyulAraq içən arıq insanlara XƏBƏRDARLIQ
ABŞ alimləri müəyyən ediblər ki, bədən çəkisinin normadan az olması alkoqoldan sui-istifadə edən insanlarda sağlamlıq riskini əhəmiyyətli dərəcədə artırır. Araşdırmanın nəticələrinə görə, vaxtından əvvəl ölüm riski ən yüksək olan qrup məhz çəkisi az olan şəxslərdir. xarici KİV-ə istinadən xəbər veri
17 iyulBir şüşə suda gizlənənlər - şok kəşf
Alimlər süni intellektdən istifadə edərək suyun molekulyar quruluşu ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyəni təsdiqləyən yeni sübutlar əldə ediblər. Tədqiqatın nəticələri gələcəkdə tibb və əczaçılıq sahəsində mühüm dəyişikliklərə yol aça bilər. xarici mediaya istinadən xəbər verir ki, ad
16 iyul