Səyahət öncəsi qidalanma QAYDALARI
Yola çıxmağa və ya təyyarəyə minməyə bir neçə saat qalmış qida seçiminə daha diqqətlə yanaşmaq, xüsusən də şirin xəmir məmulatları və kələmdən imtina etmək məsləhətdir.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya mütəxəssis-nutrisioloq Marina Jiqulskaya məlumat verib.
Ekspert səfər öncəsi qidalanma ilə bağlı aşağıdakı vacib məqamlara diqqət yetirməyi tövsiyə edib:
Qaz yaradan qidalardan uzaq durun: Dəqiq siyahı fərdi olsa da, ümumilikdə paxlalılar (lobya, noxud, mərci), böyük porsiya kələm (xüsusilə çiy brokoli və gül kələmi), soğan, təzə bişmiş xəmir məmulatları və qazlı içkilər qaz yaranmasını artırır. Ev şəraitində bu qidalar problem yaratmaya bilər, lakin hərəkətsiz vəziyyətdə (yolda) şişkinlik hissi adətən daha da şiddətlənir.
Ağır və yağlı yeməklərdən çəkinin: Yola çıxmazdan dərhal əvvəl kartof fri, burger, şaurma, pendirli pizza və ya qızardılmış ət yemək ən böyük səhvlərdəndir. Bu cür qidaların həzmi uzun çəkir, mədədə ləngiyir və yol boyu ağırlıq, yuxululuq, bəzən isə qıcqırma yaradır.
Duz və alkoqoldan qaçın: Çipsi, duzlu çərəzlər, kolbasa, pendir və hazır qəlyanaltılar yalnız susuzluq yaratmır, həm də ödəmi artıra bilir. Bu, natriumun orqanizmdə suyu saxlaması ilə əlaqədardır. Alkoqol isə qısamüddətli sakitləşdirici təsir göstərsə də, sonradan yuxunun keyfiyyətini pisləşdirir, susuzlaşmanı artırır və yüksəklikdə əhval-ruhiyyəni daha da pisləşdirə bilər. Daha təhlükəsiz alternativlər su, yüngül qəlyanaltı, sakit musiqi və nəfəs məşqləridir.
Ekzotik yeməkləri sınamayın: Səyahətdən əvvəl yad və ya ekzotik yeməkləri sınaqdan keçirmək məsləhət deyil. Yolda dincəlmək imkanı olmadığı üçün mədə-bağırsaq traktının hər hansı fərdi reaksiyası ciddi narahatlıqla nəticələnə bilər.
Uçuşa və ya yola çıxmağa 2-3 saat qalmış yemək lazımdır. Adət etdiyiniz ev yeməkləri - qarnirli toyuq və ya balıq, tərəvəzli omlet, hinduşka əti ilə düyü ən uyğun seçimdir. Əsas odur ki, yemək tanış olsun, çox yağlı olmasın və həzm sistemini yükləməsin.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 473 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabr