Bu məhsulu əkən sərvət qazanır - kilosu 1900 manatdır
Avropanın elit restoranlarında son dövrlərin ən bahalı məhsullarından birinə çevrilən şerbetçiotu cücərtiləri (hop shoots) istehsalçılarına böyük gəlir qazandırır. Məhdud istehsal və çətin yığım prosesi səbəbindən məhsulun qiyməti rekord həddə yüksəlib.
Musavat.com xəbər verir ki, məlumata görə, pivə istehsalında istifadə olunan şerbetçiotu bitkisinin yaz aylarında çıxan təzə cücərtiləri hazırda Avropa bazarında kilogramı 1000 avroya qədər, yəni təxminən 1900 manata alıcı tapır. Dadının yabanı qulançara bənzədiyi bildirilən məhsul lüks restoranların menyularında xüsusi yer tutmağa başlayıb.
Mütəxəssislər bildirirlər ki, bu qədər yüksək qiymətin əsas səbəbi məhsulun çox qısa müddətdə yetişməsi və yalnız əl ilə yığılmasıdır. Cücərtilər ilin müəyyən dövründə toplanır və təravətini çox sürətlə itirdiyi üçün dərhal istehlak edilməlidir.
Şerbetçiotu cücərtilərinin istehsalı da kifayət qədər mürəkkəb hesab olunur. Bitki əsasən vəhşi şəraitdə yetişdiyi üçün genişmiqyaslı və sistemli əkin aparmaq çətindir. Bu isə bazarda məhsulun az olmasına və qiymətin daha da yüksəlməsinə səbəb olur.
Ekspertlərin sözlərinə görə, logistika problemləri də məhsulun nadirliyini artırır. Sürətlə xarab olduğu üçün şerbetçiotu cücərtiləri əsasən yerli bazarlarda və ya istehsalçılarla birbaşa əməkdaşlıq edən restoranlarda satılır. Nəticədə bazara məhsul təqdim edə bilən azsaylı istehsalçılar yüksək qazanc əldə edirlər.
Hazırda şerbetçiotu istehsalçılarının böyük hissəsi pivə zavodları ilə müqavilə əsasında çalışsa da, qastronomiya sektorunda artan tələbat bu nadir məhsulu kənd təsərrüfatının ən gəlirli sahələrindən birinə çevirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 444 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərakeş vəliəhd şahzadəsinin əlini öpdürməməsi yenidən gündəm oldu - VİDEO
Mərakeş Kralı VI Məhəmmədin oğlu və taxtın varisi Moulay Hassanın rəsmi mərasimlərdə əlini öpmək istəyənləri nəzakətlə dayandıraraq əl sıxmağa üstünlük verdiyi görüntülər yenidən sosial şəbəkələrdə yayılıb. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda protokol üzvləri və qonaqlar ənənəyə uyğu
29 iyulAğcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı
Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd
2 avqustPaltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri
2 avqustSmartfonda təyyarə rejimi: Onu hər gün aktivləşdirsəniz, nə baş verər?
Əksər smartfon istifadəçiləri təyyarə rejimindən yalnız uçuş zamanı istifadə edir. Lakin bu funksiya gündəlik həyatda da faydalı ola bilər. Onu bir neçə dəqiqəlik aktivləşdirmək simsiz bağlantıları sürətlə söndürməyə və bəzi rabitə problemlərini aradan qaldırmağa kömək edir. xarici mediaya istinadə
2 avqustQırmızı ət, duz və turş qidalara yaranan qəfil istəyin tibbi səbəbləri
Daimi olaraq qırmızı ət, o cümlədən quzu və ya mal əti istehlak etmək istəyi orqanizmdə zülal aclığı və ya dəmir çatışmazlığının göstəricisi ola bilər. xəbər verir ki, bu məlumatı qastroenteroloq Yekaterina Kaşux RT-yə açıqlamasında qeyd edib. "Orqanizmdə dəmirin azlığı anemiya yaradır ki, bu d
28 iyulŞirniyyata olan qarşısıalınmaz istəyin SƏBƏBİ AÇIQLANDI
"Şirniyyata qarşı yaranan qarşısıalınmaz istək orqanizmdə zülal çatışmazlığının göstəricisi ola bilər". xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Yekaterina Kaşux RT-yə müsahibəsində bildirib. Həkimin sözlərinə görə, zülal kifayət qədər qəbul edildikdə toxluq hissi yaradır. Onun çatışmazlığ
28 iyulTelevizora çox baxmaq beynimizi "əridirmiş"
Televizor qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün zərərli vərdişlərdən biri ola bilər. Yeni araşdırmaya görə, orta yaşda televizora daha çox baxan insanların beyninin bəzi hissələrində həcm azalması müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, "Alzheimer's & Dementia"
28 iyulSürücülük kursuna sərxoş getdi - VİDEO
Türkiyənin Kayseri şəhərində başqa bir yol-nəqliyyat hadisəsinə müdaxilə edən polis əməkdaşları şübhə əsasında saxladıqları namizəd sürücünün 2,77 promil spirtli içki təsiri altında olduğunu müəyyən ediblər. xarici mediaya istinadla xəbər verir ki, yoxlama zamanı sürücünün namizəd sürücü statusunda olduğ
28 iyulKolbasa və sosis xərçəng yaradır? - AÇIQLAMA
Sosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatlarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artıra bilər. Bu barədə xarici mediaya istinadla xəbər verir. TASS-a Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova məsələ ilə bağlı danışıb
27 iyul