Milçəklər ayaqları ilə çeynəyirlər - niyə onları ovlamaq çətindir?
Əlinizi milçəyə tərəf qaldırırsınız, amma o, bir göz qırpımında uçub gedir. Çoxlarına elə gəlir ki, milçək zərbəni əvvəlcədən hiss edir. Əslində isə bunun səbəbi tam başqadır. Alimlərin fikrincə, milçəklər ətraf aləmi insanlardan xeyli fərqli qəbul edir və buna görə təhlükədən çox sürətlə yayınırlar.
Lent.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, milçəklərdə işıq siqnallarını qəbul etmə sürəti saniyədə təxminən 250 kadrdır.
İnsanlarda isə bu göstərici orta hesabla 50 kadr təşkil edir. Bu səbəbdən milçək insanın əl hərəkətini sanki yavaş çəkilişdə izləyir və təhlükə yaxınlaşmadan əvvəl qaçmağa vaxt tapır.
Bundan əlavə, milçəklərin fasetli gözləri onlara demək olar ki, 360 dərəcəlik görüntü imkanı verir. Bu xüsusiyyət yaxınlaşan təhlükəni demək olar ki, hər istiqamətdən görmələrinə şərait yaradır.
Milçəklər qidanın dadını ayaqları ilə yoxlayır
Milçəklərin ən maraqlı xüsusiyyətlərindən biri də dad reseptorlarının ayaqlarında yerləşməsidir. Onların pəncələrindəki dad reseptorları insan dilindəkilərdən təxminən 10 dəfə daha həssas hesab olunur. Buna görə milçək qidanın üzərinə qonaraq əvvəlcə onun dadını "yoxlayır", yalnız sonra qidalanmağa başlayır. Məhz buna görə milçəklər müxtəlif əşyaların, meyvələrin, yeməklərin və digər səthlərin üzərinə tez-tez qonurlar. Onlar sanki qidanı dadaraq qiymətləndirirlər.
Milçəyi necə daha asan tutmaq olar?
Mütəxəssislər bildirirlər ki, milçəyi vurmaq üçün qəfil və geniş hərəkətlər etmək effektiv deyil. Çünki o, hərəkəti dərhal hiss edir. Bunun əvəzinə milçəköldürəni və ya digər vasitəni yavaş-yavaş, yan tərəfdən yaxınlaşdırmaq daha uğurlu nəticə verə bilər. Yapışqan lentlərdən istifadə etmək də təsirli üsullardan sayılır. Həmçinin axşam saatlarında milçəklərin fəaliyyəti zəiflədiyi üçün onları tutmaq gündüzlə müqayisədə daha asan olur.
Milçəklər qidaları necə yeyir?
Milçəklər bərk qidaları birbaşa çeynəyə bilmirlər. Onlar əvvəlcə qidanın üzərinə həzm fermentləri ilə zəngin tüpürcək ifraz edərək bərk hissəcikləri mayeləşdirirlər. Daha sonra əmələ gələn mayeni xortumu vasitəsilə soraraq qidalanırlar. Məhz buna görə milçəyin yeməyin üzərinə qonmasına icazə vermək tövsiyə olunmur. Çünki bu proses zamanı müxtəlif bakteriyalar qidaya keçə bilər.
Milçəklər niyə təhlükəli hesab olunur?
Milçəklər zibil qutuları, tullantılar və çirkli səthlərlə təmasda olduqları üçün milyonlarla bakteriya və müxtəlif mikroorqanizmləri daşıya bilirlər. Bu səbəbdən açıq qidaların üzərinə qonmaları bəzi infeksiyaların yayılması riskini artırır. Bununla yanaşı, milçəklər təbiətdə mühüm rol oynayırlar. Onlar bir çox balıq və digər heyvan növləri üçün qida mənbəyidir, eyni zamanda bəzi bitkilərin tozlanmasına da kömək edirlər.
Milçəklər niyə ayaqlarını bir-birinə sürtür?
Alimlərin fikrincə, milçəklər ayaqlarındakı dad reseptorlarını əvvəlki qida qalıqlarından təmizləmək üçün onları bir-birinə sürtürlər. Bu, yeni qidanın dadını daha dəqiq hiss etmələrinə kömək edir.
Milçəklər niyə insanların üzərinə qonmağı sevir?
Onları əsasən insan tərinin qoxusu və dəridən ayrılan maddələr cəlb edir. Bu ifrazatlar milçəklər üçün duz və zülal mənbəyi hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 595 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabr