Tətil cəhənnəmə dönəcək - Bu insanlarla səyahətə çıxmayın

Tətil cəhənnəmə dönəcək - Bu insanlarla səyahətə çıxmayınBirgə səyahət dostluğu daha da möhkəmləndirə və ya əksinə, münasibətləri tamamilə korlaya bilər. Mütəxəssislərin fikrincə, gələcəkdə problemlə üzləşib-üzləşməyəcəyinizi səfərə çıxmazdan əvvəl də müəyyən etmək mümkündür. Çünki bəzi xəbərdaredici əlamətlər biletlər alınmadan və otel bron edilmədən öncə özünü göstərir.

Lent.az xarici mediaya istinadla istirahəti əsl sınağa çevirə biləcək həmsəfərin əsas xüsusiyyətləri barədə məlumat verir.

Pul və planlarla bağlı açıq danışmaq istəmirlər
Büdcə, qalınacaq yer və ya istirahət planı müzakirə olunanda belə insanlar adətən "yerində baxarıq" və ya "mənə hər şey uyğundur" kimi qeyri-müəyyən cavablar verirlər. İlk baxışdan bu rahat görünsə də, səfər zamanı restoranların baha, ekskursiyaların maraqsız, otelin isə gözlənilən kimi olmadığı ortaya çıxır. Nəticədə istirahət davamlı mübahisələr və kompromis axtarışları ilə keçir. Rahat səyahət edilən insanlar isə maliyyə imkanlarını və gözləntilərini əvvəlcədən açıq şəkildə bildirirlər.

Qərarları başqalarının fikrini soruşmadan verirlər
Bəzi insanlar marşrut müzakirə olunarkən biletləri, oteli və ya digər xidmətləri heç kimlə məsləhətləşmədən bron edirlər. Bu davranış onların yalnız öz istəklərini düşündüyünü göstərir. Yaxşı həmsəfər isə təkcə öz maraqlarını deyil, birlikdə səyahət etdiyi insanların fikirlərini də nəzərə alır.

Fikirlərini tez-tez dəyişirlər
Bu gün bir plan təklif edir, sabah onu dəyişir, bir neçə gün sonra isə tamamilə fərqli fikir irəli sürürlər. Belə qeyri-sabitlik səyahətə hazırlaşan digər insanlar üçün əlavə gərginlik yaradır. Çünki hər kəs öz işini və gündəlik planlarını səfərə uyğunlaşdırmağa çalışır. Davamlı qərar dəyişmək isə məsuliyyətsizlik və başqalarının vaxtına hörmətsizlik kimi qiymətləndirilə bilər.

Əlaqəyə çıxmırlar
Səyahət iştirakçısı vacib mesajlara günlərlə cavab vermirsə, müzakirələrdə iştirak etmirsə və təşkilati məsələlərə maraq göstərmirsə, bu da ciddi xəbərdarlıq siqnalıdır. Belə insanlar çox vaxt bütün təşkilati yükün başqalarının üzərinə düşəcəyini düşünürlər. Məsuliyyətli həmsəfərlər isə hər zaman əlaqədə qalmağa və gecikəcəkləri halda əvvəlcədən xəbər verməyə çalışırlar.

Yalnız öz istirahət tərzini doğru hesab edirlər
Hər kəs ideal istirahəti fərqli təsəvvür edir. Kimisi səhər tezdən qalxıb ekskursiyalara qatılmağı, kimisi isə dincəlməyi və tələsmədən vaxt keçirməyi sevir. Problem o zaman yaranır ki, kimsə fərqli istirahət tərzini qəbul etmək istəmir. Belə yanaşma qrup daxilində narazılıq və mübahisələrə səbəb ola bilər.

Səfərə çıxmamış hər şeydən narazıdırlar
Əgər insan əvvəlcədən oteli, nəqliyyatı, marşrutu, havanı və təklif olunan demək olar ki, hər ideyanı tənqid edirsə, bu, yaxşı əlamət sayılmır. Belə insanlar səyahət başlayandan sonra da gözlənilməz hadisələrə daha sərt reaksiya verir və mənfi əhval-ruhiyyələri bütün qrupa təsir edə bilir.

Başqalarının ehtiyaclarına hörmət etmirlər
Yuxu rejimi, sağlamlıq problemləri və ya fiziki məhdudiyyətlər kimi məsələləri lağa qoyan insanlarla səyahət etmək çətin ola bilər. Rahat istirahətin əsas şərtlərindən biri qarşılıqlı hörmətdir. Yaxşı həmsəfər başqalarının ehtiyaclarını anlayışla qarşılayır və onları məsxərəyə qoymur.

Davamlı münaqişə yaradırlar
Əgər insan gündəlik həyatda tez-tez mübahisə edir, xırda məsələlərə görə inciyir və ortaq məxrəcə gəlməkdə çətinlik çəkirsə, bu xüsusiyyətlər səyahət zamanı daha qabarıq şəkildə üzə çıxır. Yorğunluq, yeni mühit və gözlənilməz hadisələr emosional gərginliyi artırdığı üçün belə insanlar istirahəti xoş xatirələr əvəzinə xoşagəlməz hadisələrlə yadda qoya bilərlər.

Daxili hisslərinizə də qulaq asın
Mütəxəssislər bildirirlər ki, yaxın dost olmaq hər zaman yaxşı həmsəfər olmaq demək deyil. Əgər səfərə hazırlıq zamanı davamlı narahatlıq, gərginlik və ya əsəbilik hiss edirsinizsə, bu hissləri nəzərə almaq lazımdır. Bəzən birgə səyahətdən imtina etmək münasibətləri qorumağın ən düzgün yolu olur. Çünki rahat istirahət yalnız komfort, büdcə və səyahət tərzi barədə baxışları üst-üstə düşən insanlarla mümkün olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2298   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr
.

Gözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma

Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər

17 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr