"Azərbaycan-Fransa arasındakı dostluq münasibəti regionda sabitliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir" - DEPUTAT

"Azərbaycan-Fransa arasındakı dostluq münasibəti regionda sabitliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir" - DEPUTAT"Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur:

"Bu gün iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və qarşılıqlı etimada, ortaq tarixə, mədəni köklərə, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləri üzərində inkişaf edir.. Xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və imzalanan çoxsaylı sənədlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun isə Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə vermişdir.

İki ölkə arasında 89 sənəddən ibarət möhkəm müqavilə-hüquq bazası formalaşdırılmışdır. Bu sənədlər arasında 2017-ci il avqustun 8-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" xüsusi əhəmiyyət daşıyır. Son dövrdə isə energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, gömrük əməkdaşlığı, qida təhlükəsizliyi və xarici siyasət sahələrində yeni saziş və memorandumlar imzalanmışdır.

İqtisadi əməkdaşlıq Azərbaycan-Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə fəaliyyət göstərən Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Ticarət dövriyyəsinin dinamikası da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə ixracın dəfələrlə artması iqtisadi əlaqələrin genişlənməsinin göstəricisidir".

Deputat söyləyib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq tərəflər tərəfindən strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkmənistan arasında formalaşan nəqliyyat marşrutları yalnız iki ölkə üçün deyil, həm də daha geniş Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır:

"Şərq-Qərb və Orta Dəhliz layihələrinin inkişafı fonunda hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit qovşaqları kimi çıxış edir. Energetika sahəsində əməkdaşlıq da münasibətlərin əsas sütunlarından biridir. Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan enerji təhlükəsizliyi, enerji resurslarının dünya bazarlarına çıxarılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Türkmənistan Məclisində də Azərbaycanla dostluq qrupu yaradılmışdır ki, bu da qanunve rici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Mədəni-humanitar sahədə əlaqələr xüsusi yer tutur. Azərbaycan Mədəniyyəti Günlərinin Aşqabadda və Arkadağ şəhərində keçirilməsi, Türkmənistan mədəniyyət xadimlərinin Bakıda və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması bu yaxınlığın rəmzi ifadəsidir".

Deputat vurğulayıb ki, Türkmənistan Qarabağın bərpası prosesinə dəstək göstərən ölkələrdəndir:

"Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana səmimi münasibətinin və həmrəyliyinin növbəti nümunəsidir.
Azərbaycan həmçinin Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini daim dəstəkləyir. Türkmənistan da öz növbəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına fəal dəstək vermişdir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaratmışdır.

Beləliklə, Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir. Tarixi dostluq və qardaşlıq üzərində qurulan bu münasibətlər regionda sabitliyin, qarşılıqlı rifahın və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 204   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəxsi məlumatların saxlanılması və silinməsi zamanı hansı məqamlara diqqət yetirilməlidir? - AÇIQLAMA

Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi dövrdə şəxsi məlumatların qorunması məsələsi daha da актуallaşıb. Sosial şəbəkələrdə, mobil tətbiqlərdə və müxtəlif onlayn platformalarda paylaşdığımız məlumatlar həm təhlükəsizliyimiz, həm də məxfiliyimiz baxımından mühüm əhəmiyyə

24 iyun
.

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Qırğızıstana təhvil verdi

Azərbaycan Respublikası və Qırğız Respublikasının baş prokurorluqları arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, 199-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin cinayə

24 iyun
.

ABB kartlarından vəsait silinir? - AÇIQLAMA

Hazırda Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus kartlarda balansda məbləğin silinməsi və borc göstərilməsi halları müşahidə olunur. Məsələ ilə bağlı ABB açıqlama yayıb. "Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda arada

24 iyun
.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemin həllini min illərdir istifadə olunan qədim bir bitkidə - Aşvaqanda-da tapıb

24 iyun
.

NATO sammitinə xüsusi hazırlıq: Ankarada ciddi yoxlama və axtarış tədbirləri görülür - VİDEO

Türkiyədə keçiriləcək NATO sammiti ilə əlaqədar hazırlanan "Firuzəyi əməliyyat" planı çərçivəsində yüksəksəviyyəli təhlükəsizlik tədbirlərinin icrasına başlanılıb. xəbər verir ki, bu barədə Ankara Şəhər Polis İdarəsinin məlumatına istinadən "Anadolu" agentliyi məlumat yayıb. Açıqlamad

24 iyun
.

Atasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsində şahidlər nə deyiblər?

Bacısını və anasını döydüyü üçün atasını yeddi bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. Şahid Sevinc Vəlizad

24 iyun
.

Ötən ildən qalan dondurmaların istehlakı hansı təhlükələrə səbəb ola bilər? - AÇIQLAMA

Yay mövsümündə dondurma istehlakı artsa da, bəzi satış məntəqələrində ötən ildən qalan məhsulların yenidən satışa çıxarılması ilə bağlı narahatlıqlar gündəmə gəlir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, saxlanma qaydalarına əməl olunmayan və ya dəfələrlə donu açılıb-bağlanan dondurmalar insan sağlamlığ

24 iyun
.

"Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır" - DEPUTAT

"Biz Silahlı Qüvvələr Gününü artıq qalın ordu kimi və xalq kimi qeyd edirik". Bunu -a danışan deputat Nəsib Məhəməliyev bildirib. Deputat qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı

25 iyun
.

"Bu gün Azərbaycan ordusu maddi-texniki təchizatı və döyüş qabiliyyəti baxımından dünyanın ən güclü orduları sırasındadır" - DEPUTAT

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ili tamam olur. Silahlı Qüvvələrimizin əsası 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılmış Əlahiddə Azərbaycan Korpusu ilə qoyulub. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordus

25 iyun