Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın - Mütəxəssislərdən xəbərdarlıq
Paltaryuyan maşınlarda mövcud olan "Zərif yuma" və ya "Asan qulluq" proqramlarının yanlış istifadəsi geyimlərdə bərpaedilməz deformasiyaya və tülənməyə (pambıqlanmaya) yol açır. Aparılan araşdırmalar göstərir ki, istifadəçilər proqramların adına aldanaraq parça növünə uyğun gəlməyən rejimləri seçirlər və bu da tekstil məhsullarının strukturunu korlayır.
Milli.Az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, "zərif yuma" rejimi maşındakı ən həssas yuma seçimi deyil. Bu rejim hər geyim üçün deyil, yalnız müəyyən tekstil məhsulları üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi köynək, bluz və poliester kimi sintetik və ya pambıq qarışıqlı parçaların qırışmasını azaltmaq və bununla da ütüləmə prosesini asanlaşdırmaqdır. Güpür və ya incə kətan kimi həddindən artıq zərif parçalar üçün isə bu rejimin mexaniki fırlanma gücü çox yüksəkdir.
Doğru bələdçi geyimlərin etiketindəki simvollardır
Tekstil mütəxəssisləri dözümlü və qalın pambıq parçaların bu rejimdə yuyulmasını məsləhət görmürlər. Qalın pambıqlılar üçün standart "Pambıq" proqramı seçilməlidir. Doğru yuma prosesi üçün maşının üzərindəki proqram adlarına deyil, geyimin etiketindəki beynəlxalq simvollara diqqət yetirmək lazımdır. Etiketdəki ləyən simvolunun altında yer alan qoşa xətt, həmin məhsulun daha aşağı dövriyyədə və xüsusi rejimdə yuyulmalı olduğunu göstərir.
Barabanın həddindən artıq doldurulması effekti pozur
Yuma zamanı edilən digər bir ciddi səhv isə maşının barabanının ağzınadək doldurulmasıdır. Həddindən artıq yüklənmə, hətta doğru rejim seçilsə belə, paltarların yaxşı yaxalanmasına mane olur və parçaları dartıb uzadır.
Zərif və sintetik tərkibli məhsulların təmizliyində parça toxumasını qorumaq və qırışların qarşısını almaq üçün maşının barabanının ən çoxu yarıya qədər doldurulmalı olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 476 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR
Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə
8 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ
Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv
9 sentyabr 2021