"Düyün-Dərnək 2" filminin çəkildiyi qayalıqdakı ev satılır - qiyməti inanılmazdır
Türkiyənin Ərzincan vilayətinin Kemaliye rayonunda qayalığın zirvəsində inşa edilən və qeyri-adi görünüşü ilə məşhurlaşan ev satışa çıxarılıb. Vaxtilə "Düyün Dərnək 2" filminin bəzi səhnələrinin çəkildiyi tikili üçün 30 milyon lirə qiymət müəyyən edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, evi illər əvvəl təqaüddə olan müəllimlər Bekir və Nermin Taştan cütlüyü inşa etdirib.
İstanbuldakı iş həyatını başa vurduqdan sonra sakit həyat sürmək istəyən cütlük Kemaliyeyə köçərək rayon mərkəzinə hakim mövqedə yerləşən qayalığın zirvəsində ev tikmək qərarına gəlib.
Evə yalnız 96 pilləkənlə qalxmaq mümkündür
Tikinti zamanı qum, sement və digər materiallar əvvəlcə insan və heyvanların köməyi ilə qayalığın ətəyinə daşınıb. Daha sonra isə primitiv kanat sistemi vasitəsilə zirvəyə çatdırılıb.
Təxminən iki il davam edən tikintidən sonra tamamlanan evə yalnız qayaya oyulmuş 96 pilləli pilləkənlə qalxmaq mümkündür.
Turistlərin maraq göstərdiyi məkan
Vadiyə və rayon yoluna panoramik mənzərəsi ilə seçilən ev zamanla Kemaliyenin rəmzlərindən birinə çevrilib. Buraya həm yerli, həm də xarici turistlər tez-tez baş çəkir və tikili rayonun ən çox fotoşəkil çəkilən məkanlarından biri hesab olunur.
Qeyri-adi memarlığı sayəsində ev kino və serial yaradıcılarının da diqqətini cəlb edib. Rejissor Səlcuq Aydəmirin çəkdiyi, Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin və Şinasi Yurtseverin rol aldığı "Düyün Dərnək 2" filminin bəzi səhnələri də məhz burada lentə alınıb.
Hazırda yay aylarını Kemaliyedə, qış aylarını isə İstanbulda keçirən Taştan ailəsi iyunun sonunda evi satışa çıxarıb. Rayonun simvollarından sayılan tikili üçün 30 milyon Türkiyə lirəsi qiymət müəyyənləşdirilib.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 395 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021Bu ölkədə borşa abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun
10 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər
18 sentyabr 2021Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...
Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə
8 sentyabr 2021