Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb.
"Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə və iyulun 12-si bazar günləri qüllə istisna hal kimi saat 16:00-da bağlanacaq", - deyə abidənin rəsmi saytında bildirilib.
Adətən qüllə yerli vaxtla saat 01:00-dək (Bakı vaxtı ilə saat 03:00) turistləri qəbul edir.
Oxşar tədbirlər dünyaşöhrətli Luvr muzeyi və Ejen Delakrua muzeyində də tətbiq olunub. Bundan əlavə, Parisin digər məşhur mədəniyyət ocaqlarından olan Orse muzeyinin rəhbərliyi də iş rejiminin müvəqqəti dəyişdirildiyini elan edib.
Mütəxəssislər bildirirlər ki, bu məhdudiyyətlər günün ən isti saatlarında çoxsaylı turistlərin və xidmət personalının sağlamlığının qorunması məqsədilə tətbiq edilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 341 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrAİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrSON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu
Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə
13 oktyabr