Psixoloqdan vacib açıqlama: Uşaqlara gündə nə qədər telefon vermək olar?

Psixoloqdan vacib açıqlama: Uşaqlara gündə nə qədər telefon vermək olar?Bir çox valideyn uşağı sakitləşdirmək və ya rahat şəkildə yemək yedirtmək üçün onları saatlarla ekran qarşısında qoyurlar. Bir çox hallarda bu öz rahatlıqları üçün edilir.

Bəs əslində telefon, planşet, televizor uşağa hansı zərərlər verir? Uşaqların yaşına görə gündəlik ekran vaxtı nə qədər olmalıdır? Telefon asılılığının ilk əlamətləri hansılardır? Valideynlər telefon istifadəsinə necə nəzarət etməlidirlər?

"Uşaqların yaş dövrlərinə görə günlük ekrandan istifadə müddəti dəyişir. Üç yaşa qədər uşaqların ekran qarşısında qoyulmasının tərəfdarı deyilik. Üç yaşından kiçik ekran qarşısında qalan uşaqlar izlədikləri cizgi filmlərdə nitqdən istifadə etmirlər, sadəcə izləyirlər. Beləcə, cizgi filmlərdə danışıq təktərəfli olduğu üçün onu izləyən azyaşlının da ünsiyyəti formalaşmır. Ona görə də, nitqdən istifadə etmir. Psixoloq və loqopedlər hər zaman üç yaşa qədər uşağı ekran qarşısında qoymamağı tövsiyə edirlər. Valideynlər üç yaşdan sonra da uşaqların telefon, planşet və televizordan az istifadə etmələrini istəyirlərsə, ilk növbədə özləri də uşaqların yanında bu elektron cihazlara çox baxmamalıdırlar.

Valideyn uşaqla daha çox zaman keçirməli, oyunlar oynamalı, ev işlərini onlarla birlikdə etməlidirlər. Uşaqlar böyüklərin istifadə etdiyi əşyalara daha çox maraq göstərirlər, nəniki öz oyuncaqlarına. Yemək bişirməyi, təmizlik etməyi, qab yumağı uşaqlarla birlikdə etdikdə, onları həm telefondan uzaqlaşdırmaq mümkün olacaq, həm də valideyn-övlad yaxınlığı qorunmuş olacaq. Bundan əlavə onları parka aparmaq, gəzdirmək, yaşıdları ilə ünsiyyət qurmalarına, oynamalarına şərait yaradılmalıdır.

Uşağın zəkası və sosial inkişafı təmin olunanda onların da telefona marağı azalır. Sosiallaşmada problem olduqda, ünsiyyət azalanda və telefondan istifadə vərdişə çevrildikdə asılılıq yaranır.

Bəzi valideynlər uşağa yemək yedirərkən telefonda hər hansısa oyunu, cizgi filmi, videonu açıb uşağa izlədirlər. Davamlı bu proses getdikdə uşaqda vərdiş yaranır. Uşaq düşünür ki, istənilən bir fəaliyyəti yerinə yetirərkən (yemək yemək, su içmək, yatmaq, oturmaq, uzanmaq) telefon istifadə etməlidir".

Psixoloq bildirib ki, valideyn uşağa telefondan istifadə üçün müəyyən vaxt qoymalıdır:

"Valideyn uşağa əvvəlcə telefonun nə olduğunu izah etməli və ondan nə qədər istifadə edə biləcəyini açıq şəkildə söyləməlidir. Ümumiyyətlə, 3-6 yaş arasında uşaqlara gün ərzində 20 dəqiqə, yarım saat telefondan istifadəyə icazə verilməlidir. Əvvəllər yarım saatla başlayıb, getdikcə, vaxtı iki-üç dəqiqə azaltmaq olar.

6-11 yaşında uşaqlara 45 dəqiqə, yeniyetmələrə isə 1 saat telefon istifadəsinə icazə verilməlidir. Lakin qaydalar və müdət əvvəldən uşağa izah olunmalıdır. Uşaqlar əvvəllər buna görə ağlayırlar, isyan edirlər, amma valideynin davamlılığı və tutarlılığı tərbiyənin qızıl qaydalarıdır. Riayət edilsə, bu, uşaqda vərdiş halına çevriləcək".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 437   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər

Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen

11 sentyabr
.

Haradan haraya! Bu uşağı indi dünya tanıyır

Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu

11 sentyabr
.

İtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu

İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı

14 sentyabr
.

Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir

Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama

12 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK

Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda

13 sentyabr
.

Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar

Alimlər doğum ayı ilə uzunömürlülük arasında maraqlı statistik əlaqə aşkarlayıblar. Araşdırmalara görə, 105 və daha çox yaşa çatan insanlar arasında dekabr ayında doğulanların sayı digər aylarda doğulanlarla müqayisədə daha çox olub. Təhlillər doğum mövsümü ilə ömür uzunluğu arasında müəyyən əlaqəni

12 sentyabr
.

Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?

Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu "qapı"n

13 sentyabr
.

Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL

Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər

13 sentyabr