Qarpızı bu formada yeməyin - Faydası olmayacaq
Yayın ən sevilən meyvələrindən biri olan qarpız həm sərinləşdirici təsiri, həm də zəngin vitamin tərkibi ilə seçilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qarpızın necə və nə qədər istehlak edilməsi onun orqanizmə təsirinə birbaşa təsir göstərir.
Ölkə.az xəbər verir ki, qarpızın tərkibində bol su, C və A vitaminləri, həmçinin güclü antioksidant hesab olunan likopen var.
Bu maddələr orqanizmin susuzlaşmasının qarşısını almağa, immun sistemini dəstəkləməyə və hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edir.
Bununla belə, mütəxəssislərin sözlərinə görə, qarpızı həddindən artıq çox yemək fayda əvəzinə zərər verə bilər. Tərkibindəki yüksək su və lif miqdarı bəzi insanlarda köp, şişkinlik və digər həzm problemlərinə səbəb ola bilər. Bundan əlavə, qarpızın böyük porsiyalarla qəbulu qanda şəkərin səviyyəsinə də təsir göstərə bilər.
Mütəxəssislər yay aylarında qarpızın ölçülü porsiyalarla istehlak edilməsini tövsiyə edirlər. Bu halda orqanizm meyvənin tərkibindəki vitamin və antioksidantlardan maksimum fayda əldə edir, eyni zamanda həzm sistemi ilə bağlı narahatlıqların yaranma riski azalır.
Onların fikrincə, sağlam qidalanmanın əsas prinsiplərindən biri istənilən məhsulu normasında qəbul etməkdir. Qarpız da bu baxımdan istisna deyil. Normadan artıq istehlak edildikdə onun faydalı təsiri azalır və bəzi insanlarda narahatlıq yarada bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 642 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb
Demək olar, hər bir pişik sahibi ev heyvanının günün yarısını yataraq keçirdiyini müşahidə edib. Yetkin pişiklər sutkada 12-16 saat, balalar və yaşlı pişiklər isə daha uzun müddət yatır. Lakin bunun sadəcə enerji toplamaqla bağlı olduğu fikri yalnız qismən doğrudur. Mütəxəssislərin sözlərinə görə, pişiklə
9 avqustDörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir
İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə
6 avqustAlimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların
1 avqustİsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
İsti havalarda orqanizmin həddindən artıq qızması qısa müddətdə həyati təhlükə yaradan isti vurmasına çevrilə bilər. Xüsusilə uşaqlarda bu vəziyyət böyüklərlə müqayisədə daha sürətlə inkişaf edə bilər. xəbər verir ki, isti vurması yalnız açıq havada, birbaşa günəş altında baş vermir. Havasız və çox ist
9 avqustOteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın
Hotel otağına daxil olan kimi hamam otağındakı şüşə stəkanı qapı dəstəyindən asmaq ilk baxışdan qəribə bir xürafat kimi görünə bilər. xəbər verir ki, yorucu səyahətdən sonra hotel otağına yerləşib dincəlməyə çəkilməzdən əvvəl təcrübəli səyyahların əsla nəzərdən qaçırmadığı qeyri-adi bir üsul var. B
8 avqustPaltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri
2 avqust