İki və daha çox dil bilmək beyni 13 il daha gənc saxlayır

İki və daha çox dil bilmək beyni 13 il daha gənc saxlayırBir neçə xarici dil bilmək təkcə ünsiyyəti asanlaşdırmır, həm də beynin qocalmasını əhəmiyyətli dərəcədə ləngidə bilər. Avropa Neyroelmlər Cəmiyyətləri Federasiyasının konfransında təqdim olunan yeni araşdırma göstərib ki, iki və daha çox dili yüksək səviyyədə bilən insanların beyni daha gec qocalır. Alimlər bildirirlər ki, burada təkcə dillərin sayı deyil, onların nə dərəcədə yaxşı mənimsənilməsi də mühüm rol oynayır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat üçün alimlər İspaniyanın muxtar bölgəsi olan Bask ölkəsinin sakinlərini seçiblər. Bu regionda yaşayan insanların əksəriyyəti bask, ispan, fransız və ingilis dillərində danışa bilir. Araşdırmanın ilk mərhələsində 728 iştirakçının beyin fəaliyyəti istirahət vəziyyətində xüsusi cihazlar və süni intellekt texnologiyası vasitəsilə qiymətləndirilib. Toplanan məlumatlar əsasında beynin "bioloji saatı" hazırlanıb. Daha sonra həmin modeldən istifadə edilərək ilkin mərhələdə iştirak etməyən daha 144 nəfərin beyninin bioloji yaşı və fəaliyyəti qiymətləndirilib.

Nəticələr alimləri təəccübləndirdi

Araşdırmanın nəticələrinə görə, hər əlavə öyrənilən dil beynin qocalmasını orta hesabla 6 il ləngidə bilir. Üstəlik, xarici dili yüksək səviyyədə bilən insanların beyni daha "gənc" görünür. Ən yaxşı nəticələr isə bir neçə dili uşaqlıq və ya erkən yaşlardan öyrənməyə başlayan şəxslərdə müşahidə olunub.

Xarici dili necə öyrənmək daha faydalıdır?

Mütəxəssislər bildirirlər ki, xarici dil öyrənməyə qrammatika qaydalarından deyil, canlı danışıqdan başlamaq daha effektivdir. Niderlandda aparılan başqa bir araşdırma da göstərib ki, kommunikativ üsulla, yəni danışıq üzərindən öyrənən uşaqlar daha yüksək nəticələr əldə edirlər. Maraqlıdır ki, onların qrammatik dəqiqliyi də ənənəvi üsulla təhsil alanlardan geri qalmır.

Dil öyrənərkən bu səhvlərdən qaçın

Ekspertlər xarici dili plansız, yalnız həvəs olanda öyrənməyi tövsiyə etmirlər. Onların fikrincə, hər gün cəmi bir neçə dəqiqə məşq etmək uzun fasilələrlə keçirilən dərslərdən daha səmərəlidir. Bundan əlavə, sözləri yalnız siyahı şəklində əzbərləmək də effektiv hesab olunmur. Beyin kontekstdən kənar öyrənilən sözləri uzunmüddətli yaddaşda saxlamaqda çətinlik çəkir. Buna görə yeni sözləri cümlə və real situasiyalar daxilində öyrənmək daha faydalıdır. Mütəxəssislər həmçinin mütəmadi olaraq müəllimdən və ya danışıq tərəfdaşından geribildirim almağın vacibliyini vurğulayırlar. Bu, insanın dil səviyyəsini obyektiv qiymətləndirməsinə və inkişaf istiqamətlərini müəyyən etməsinə kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 653   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr