Bu ölkədə zibil qutuları demək olar ki, yoxdur

Bu ölkədə zibil qutuları demək olar ki, yoxdurTokioya gəlirsiniz, küçələr tərtəmizdir, amma zibil atmaq üçün demək olar ki, heç bir zibil qutusu tapa bilmirsiniz. Oniqiri yeyirsiniz, kağızı əlinizdə qalır. Avtomatdan qəhvə alırsınız, boş banka çantanıza gedir.

Yerli sakinlər zibillərini sakitcə evə qədər aparırlar. Turistlər isə çox vaxt təəccüblənirlər: "Bəs bunu hara atım?"
Lent.az xarici mediaya istinadən xəbər verir ki, xarici turistlərin təxminən 22 faizi Yaponiyada küçə zibil qutularının az olmasını ölkədə qarşılaşdıqları əsas çətinliklərdən biri hesab edir. Lakin bu təsadüf deyil, uzun illər formalaşmış bir sistemdir.

1995-ci il terroru küçələrdən zibil qutularını yox etdi

1995-ci ilə qədər Yaponiyada küçələrdə daha çox zibil qutusu var idi. Martın 20-də "Aum Şinrikyo" dini sektasının üzvləri Tokio metrosunda zarin qazı ilə terror aktı törətdilər. Hadisə nəticəsində 13 nəfər öldü, minlərlə insan zəhərləndi.

Bu hadisədən sonra hökumət təhlükəsizlik məqsədilə ictimai yerlərdəki zibil qutularının böyük hissəsini yığışdırdı. Məqsəd terrorçuların partlayıcı və ya zəhərli maddələri gizlətməsi üçün mümkün yerləri aradan qaldırmaq idi.

Hazırda qalan azsaylı zibil qutuları əsasən vağzallarda və iri ticarət mərkəzlərində yerləşir. Onların əksəriyyəti şəffaf materialdan hazırlanır ki, içərisində şübhəli əşya olub-olmadığını hər kəs görə bilsin.

Küçədə yemək yemək yaxşı qarşılanmır

Yaponiyada küçədə gəzə-gəzə yemək yemək adi davranış hesab edilmir. İnsanlar mağazadan aldıqları yeməyi adətən evə və ya iş yerinə aparır, orada yeyir və qablaşdırmanı da həmin yerdə tullayırlar.

İctimai nəqliyyatda yemək yemək, skamyada qəhvə içmək və ya küçədə gəzərək qəlyanaltı etmək əksər hallarda etik davranış sayılmır. Məhz buna görə küçələrdə tullantı da az yaranır.

Təmizlik məktəbdən başlayır

Yaponiyada təmizliyin əsas sirri zibil qutularının olmaması deyil, insanların düşüncə tərzidir.

Birinci sinifdən etibarən məktəblilər hər gün sinif otaqlarını, dəhlizləri və hətta tualetləri özləri təmizləyirlər. Bu ənənə "o-sodzi" adlanır.

Burada təmizlik cəza deyil, gündəlik həyatın ayrılmaz hissəsi kimi qəbul edilir.

Təmizliyin əsasında duran üç dəyər

Yapon cəmiyyətində küçələri təmiz saxlayan üç əsas anlayış var.

Birincisi "meyvaku" anlayışıdır. Bu, başqalarına narahatlıq yaratmamaq deməkdir. Yerə atılmış siqaret kötüyü və ya boş banka ətrafdakılara hörmətsizlik hesab olunur.
İkincisi "hadzi", yəni utanc hissidir. İnsan başqalarının qınağına səbəb olacaq hərəkətlərdən çəkinir. Küçəyə zibil atmaq utancverici davranış sayılır.

Üçüncüsü isə "mottainai" anlayışıdır. Bu, israfçılığa heyfsilənmək və resurslara hörmətlə yanaşmaq mənasını verir. Tullantılar sadəcə zibil deyil, təkrar emal oluna biləcək qiymətli resurs hesab edilir.

Bu prinsiplər yaponların gündəlik həyatına o qədər dərindən yerləşib ki, insanlar küçəyə zibil atmırlar, çünki cərimədən qorxurlar yox, bunu düzgün hesab etmirlər.

Turistlər zibillərini hara atırlar?

Yaponiyada turistlərə də yerli sakinlər kimi kiçik zibil paketi gəzdirmək tövsiyə olunur.

Zibil qutularını əsasən böyük ticarət mərkəzlərində, bəzi dəmiryolu vağzallarında və əyləncə parklarında tapmaq mümkündür. Əks halda tullantılar otelə və ya qalınan mənzilə qədər daşınır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 607   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr