Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın

Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayınHazır suşi alarkən yalnız son istifadə tarixinə baxmaq kifayət etmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, məhsulun görünüşü və saxlanma şəraiti onun təzəliyi barədə mühüm məlumat verir.

Lent.az xarici mediaya istinadən hazır suşinin xarab olduğunu göstərən əsas əlamətləri açıqlayıb.

Mütəxəssislərin sözlərinə görə, ilk növbədə balığın görünüşünə diqqət yetirmək lazımdır. Təzə balıq parlaq və canlı rəngdə olur. Əgər balıq solğun, mat və ya rəngini itirmiş görünürsə, onu almaq və yemək məsləhət görülmür. Belə məhsullar qida zəhərlənməsinə səbəb ola bilər.

Düyünün rəngi də vacib göstəricidir. Təzə suşidə düyü ağ rəngdə olur. Əgər düyü boz və ya çirkli ağ rəng alıbsa, bu, məhsulun xarab olmasının əlaməti ola bilər.

Suşinin büküldüyü nori yosunu tünd yaşıl rəngdə və möhkəm olmalıdır. Əgər nori demək olar ki, qaralıb, yumşalıb və formasını itirib, həmin suşini istehlak etmək tövsiyə edilmir.

Məhsulun teksturası da yoxlanmalıdır. Balığın səthi yüngül nəmli, özü isə bərk olmalıdır. Əgər balıq selikli görünür və ya toxunduqda həddindən artıq yumşaqdırsa, bu, onun təzə olmadığını göstərir. Təzə suşinin qoxusu da yüngül və xoş olmalıdır. Kəskin və xoşagəlməz qoxu məhsulun xarab olduğuna işarədir.

Mütəxəssislər bildirirlər ki, hazır suşi mütləq soyuducuda saxlanmalıdır. Otaq temperaturunda iki saatdan artıq qalan suşinin istehlakı təhlükəli hesab olunur.

Suşi alınan məkanın gigiyenik vəziyyəti də böyük əhəmiyyət daşıyır. Təmiz vitrinlər, işlək soyuducular, gigiyena qaydalarına əməl edən personal və səliqəli mətbəx məhsulun təhlükəsizliyi baxımından vacib göstəricilərdir. Bundan əlavə, soya sousu və digər əlavələrin qapalı və təmiz qablarda saxlanmasına diqqət yetirmək tövsiyə olunur.

Mütəxəssislərin fikrincə, suşini ən təhlükəsiz şəkildə tanınmış suşi restoranlarından, keyfiyyətə nəzarət edilən şəbəkə restoranlarından, açıq mətbəxi olan müəssisələrdən, həmçinin rəsmi istehsalı və soyuducu vitrinləri olan supermarket və fud-kortlardan almaq daha məqsədəuyğundur. Belə məkanlarda məhsulların saxlanma və sanitariya qaydalarına daha ciddi riayət olunur ki, bu da xüsusilə çiy balıqdan hazırlanan suşi üçün böyük əhəmiyyət daşıyır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 485   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr