Saç niyə düz və ya buruq olur? - Cavab genlərdə gizlənir
Alimlər anadangəlmə saçların niyə düz, dalğalı və ya buruq olmasının səbəbini müəyyən ediblər. Son 20 ildə aparılan tədqiqatlar göstərib ki, saçın formasını əsasən saç follikullarının quruluşu müəyyən edir. Məhz bu bioloji xüsusiyyətlər insanların saç teksturasının fərqli olmasına səbəb olur.
Lent.az xəbər verir ki, araşdırmalar zamanı insan baş dərisindəki saç follikulları öyrənilib və məlum olub ki, buruq saçlar hələ dəri səthinə çıxmamışdan əvvəl öz formasını qazanır. Yəni saçın düz və ya buruq olması saç kökündə formalaşır. Mütəxəssislərin sözlərinə görə, düz və şaquli yerləşən follikullardan çıxan saçlar adətən düz olur. Əyri quruluşa malik follikullarda isə saç təbii şəkildə əyilərək buruq formaya düşür. Alimlər bunu saçın gələcək formasını müəyyən edən bir "qəlib"ə bənzətsələr də, bildirirlər ki, proses əslində daha mürəkkəbdir. Sonrakı tədqiqatlar göstərib ki, formalaşan saçın hər iki tərəfində hüceyrələr eyni sürətlə inkişaf etmir. Bu səbəbdən keratin saçın daxilində qeyri-bərabər paylanır. Nəticədə saç asimmetrik quruluş alır və təbii şəkildə buruqlaşır. Düz saçlar isə daha simmetrik quruluşa malik follikullarda yaranır. Tədqiqatçılar qeyd edirlər ki, saçın kimyəvi tərkibi onun qalınlığı və digər xüsusiyyətlərinə təsir göstərsə də, saçın düz və ya buruq olmasını əsasən follikulun forması müəyyən edir. Saç dəri səthinə çıxdıqdan sonra onun forması demək olar ki, dəyişmir. Çünki bu mərhələdə saç artıq canlı toxuma deyil, əsasən keratin liflərindən ibarətdir. Saçın bütün böyümə və formalaşma prosesi follikulun daxilində baş verir. Saç follikulları kök hüceyrələri, qan damarları və piy vəziləri kimi mürəkkəb bioloji strukturlardan ibarətdir. Onların quruluşu böyük ölçüdə genetik faktorlarla müəyyən olunduğu üçün saçın düz və ya buruq olması da çox vaxt irsi yolla nəsildən-nəslə ötürülür. Saçın teksturası bəzən insanların irqi mənsubiyyəti ilə əlaqələndirilsə də, elmi araşdırmalar bunu təsdiqləmir. Tədqiqatlar göstərir ki, düz, dalğalı və buruq saçlara bütün insan populyasiyalarında rast gəlinir. Sadəcə bəzi saç tipləri müəyyən genetik qruplarda daha geniş yayılıb. Alimlər hesab edirlər ki, saç follikullarının müxtəlif formaları təkamül prosesində yaranıb. 2023-cü ildə aparılan bir araşdırma göstərib ki, bütün saç tipləri baş dərisini günəş şüalarının təsirindən qoruyur. Lakin sıx buruq saçlar bu baxımdan daha effektiv müdafiə təmin edir və isti iqlim şəraitində insanlara təkamül üstünlüyü qazandırmış ola bilər. Mütəxəssislər vurğulayırlar ki, saçın düz və ya buruq olması gündəlik qulluq vasitələrindən deyil, əsasən dəri altında, saç follikulunda baş verən təbii bioloji proseslərdən asılıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 746 Tarix: 24 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabr