Ömrü uzada bilən isti içkilər
Mütəmadi olaraq qəhvə, yaşıl çay və qara çay içmək ömrün uzanmasına kömək edə bilər. Bu nəticəyə alimlər bir neçə genişmiqyaslı elmi araşdırmanın məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Lent.az xəbər verir ki, hər gün 1-2 fincan qəhvə içən insanların orta ömür uzunluğu daha yüksək olur. Asiya ölkələrində aparılan araşdırmalar isə müəyyən edib ki, gündə beş fincana qədər qəhvə qəbul edən insanlarda istənilən səbəbdən ölüm riski 28 faiz daha aşağıdır. Alimlər bu təsiri qəhvənin tərkibində olan kofein və polifenolların faydalı xüsusiyyətləri ilə əlaqələndirirlər. Yaşıl çayın da sağlamlığa mühüm təsiri olduğu bildirilir. Araşdırmalara görə, o, ürək-damar və onkoloji xəstəliklərin riskini azaltmağa kömək edir. Yaşıl çayın əsas faydalı komponenti sayılan epiqallokatexin qallat (EGCG) adlı maddənin bəzi xərçəng növlərinin yaranma ehtimalını azaltdığı qeyd olunur. 2025-ci ildə aparılmış meta-analiz də bu nəticəni təsdiqləyib. Qara çayın müntəzəm qəbulu isə arterial təzyiqin və "pis" xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər. Bundan əlavə, bu içkinin yaşlı insanlarda idrak qabiliyyətinin zəifləməsini ləngitdiyi bildirilir. Gündə iki fincandan çox qara çay içən insanlarda ölüm riski 9-13 faiz aşağı olub. Mütəxəssislər bitki çaylarının da sağlamlıq üçün faydalı olduğunu bildirirlər. Nanə çayı bağırsaqların fəaliyyətini tənzimləməyə kömək edir, çobanyastığı çayı yuxunun keyfiyyətini yaxşılaşdırır, hibiskus çayı isə arterial təzyiqi müəyyən qədər aşağı sala bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 7294 Tarix: 24 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrMaşını gecə park edərkən bu səhvi etməyin
Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzind
13 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrTeleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə
Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O
11 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrİlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın 13-cü övladının anası Eşli Sent-Klerə susması müqabilində 40 milyon dollar təklif edildiyi iddia olunub. -a istinadən bildirir ki, Sent-Kler bu təklifi qəbul etmədiyini açıqlayıb. Sent-Klerin sözlərinə görə, 40 milyon dollarlıq təklif Mask haqqınd
12 sentyabr