Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb. Bir çoxları bunu şəhərlərin müharibələr zamanı dağıdılıb sonradan külək və tozla örtülməsi ilə izah etsə də, əsl səbəb bundan daha mürəkkəbdir.
Əslində qədim dövrlərdə müharibə, yanğın və ya zəlzələ nəticəsində dağılan tikililər tamamilə sökülüb ərazidən daşınmırdı. Bu həm çox zəhmətli, həm də bahalı proses idi. Bunun əvəzinə dağıntılar torpaqla örtülür, səth hamarlanır və həmin yerin üzərində yeni tikililər inşa edilirdi. Beləliklə, eyni ərazidə onlarla tikinti mərhələsi bir-birini əvəz edir, hər yeni dövr əvvəlkinin üzərinə yeni torpaq və tikinti qatı əlavə edirdi. Nəticədə şəhərlərin səviyyəsi əsrlər ərzində getdikcə yüksəlirdi.
Bundan başqa, kərpic, daş və keyfiyyətli ağac həmişə qiymətli tikinti materialları sayılırdı. Buna görə də tərk edilmiş binalar qonşu yaşayış məntəqələrinin sakinləri üçün pulsuz material mənbəyinə çevrilirdi. İnsanlar qədim tikililərin divarlarını demək olar ki, təməlinə qədər sökür, yalnız ən aşağı daş sıralarını olduğu kimi saxlayırdılar. Bu da müharibə və ya təbii fəlakət yaşamayan qədim şəhərlərdə belə niyə yalnız bünövrələrin qaldığını izah edir.
Qədim şəhərlərin torpaq altında qalmasının digər səbəbləri
Şəhərlər dağıdılmasa belə, küçələrin səviyyəsi zaman keçdikcə yenə də yüksəlirdi. Bunun bir neçə əsas səbəbi var idi. Əvvəla, keçmişdə məişət tullantıları demək olar ki, şəhərdən kənara daşınmırdı. Onlar evlərin yaxınlığında yığılır, sonradan torpaqla örtülərək səth hamarlanırdı. Qida tullantıları xüsusi kompost sahələrinə və ya şəhərdən kənardakı zibilliklərə aparılsa da, qırıq kərpiclər, daşlar, kirəmit parçaları və digər qeyri-üzvi tullantılar çox vaxt yerində qalırdı. Çünki onlar nə pis qoxu yaradır, nə də zərərvericiləri cəlb edirdi.
Qədim şəhərlərin torpaq altında qalmasının daha bir mühüm səbəbi isə yollar idi. Daş döşənməmiş küçələr yağışdan sonra palçığa çevrilirdi. İnsanların rahat hərəkət etməsi üçün küçələrin üzərinə mütəmadi olaraq çınqıl, daş qırıntıları, torpaq və digər materiallar tökülərək səth yüksəldilirdi. Bu proses əsrlərlə təkrarlandığı üçün küçələrin səviyyəsi tədricən artır, köhnə tikililər isə getdikcə daha dərin qatlarda qalırdı./Lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 587 Tarix: 25 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabr