Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər

Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblərUşaqlarda boy artımının ləngiməsi təkcə qeyri-kafi qidalanma ilə bağlı olmaya bilər. ABŞ-li alimlərin yeni araşdırması göstərib ki, bağırsaq mikrobiomundakı bəzi bakteriyalar hələ ana bətnində olarkən körpənin inkişafına mənfi təsir göstərə və sonradan boy artımının ləngiməsinə səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri tərəfindən aparılan və nəticələri Nature Microbiology jurnalında dərc olunan tədqiqat müəyyən edib ki, nazik bağırsaqda yaşayan bəzi mikroorqanizmlər iltihab yaradır, bağırsağın selikli qişasını zədələyir və qida maddələrinin mənimsənilməsini pozur. Tədqiqat əsasən ekoloji enterik disfunksiya (Environmental Enteric Dysfunction - EED) adlanan xroniki xəstəliyə həsr olunub. Bu xəstəlik daha çox qidalanma çatışmazlığı yaşayan uşaqlarda müşahidə olunur və orqanizmin qidadan kifayət qədər vitamin, mineral və digər vacib maddələri qəbul etməsinə mane olur. Nəticədə uşaqlarda boy artımının ləngiməsi, immun sisteminin zəifləməsi və zehni inkişaf problemləri yarana bilər.

Bakteriyalar anadan uşağa ötürülə bilər

Alimlər Banqladeşdə qidalandırıcı qarışıqlarla aparılan standart müalicəyə baxmayaraq sağalmayan uşaqlardan götürülmüş bağırsaq nümunələrini analiz ediblər. Araşdırma zamanı iltihab və inkişaf geriliyi ilə əlaqəli 14 bakteriya növü müəyyən olunub. Daha sonra bu bakteriyalar laboratoriya siçanlarına köçürülüb. Onlara Banqladeşin Dəkkə şəhərinin Mirpur rayonunda yaşayan insanların qidalanmasına bənzər rasion verilib. Nəticədə həmin siçanlarda uşaqlarda müşahidə olunan problemlərə bənzər əlamətlər yaranıb. Onlarda boy artımının ləngiməsi, qan analizlərində iltihab göstəricilərinin yüksəlməsi və bağırsağın selikli qişasının zədələnməsi qeydə alınıb.

Təsir hələ ana bətnində başlayır

Araşdırmanın ən mühüm nəticələrindən biri zərərli bakteriyaların təsirinin yalnız doğuşdan sonra başlamamasıdır. Alimlər müəyyən ediblər ki, hamilə siçanların bağırsaq mikrobiomunun tərkibi dölün inkişafına hələ ana bətnində olarkən təsir göstərə bilir. Tədqiqatın rəhbəri doktor Ceffri Qordon bildirib ki, bu xəstəliyin təsiri yalnız ananın bağırsağı ilə məhdudlaşmır və inkişaf etməkdə olan dölə də təsir edə bilir.

Diqqət mərkəzində olan bakteriya

Araşdırmada xüsusi diqqət çəkən mikroorqanizmlərdən biri Campylobacter concisus bakteriyası olub. Bu bakteriya normal halda insanın ağız boşluğunda rast gəlinir və adətən təhlükəli hesab edilmir. Lakin nazik bağırsağa düşdükdə onun xüsusiyyətləri dəyişə və iltihaba səbəb ola bilər. Bununla belə, alimlər qeyd edirlər ki, bu bakteriya təkbaşına həmişə xəstəlik yaratmır. Onun təsiri bağırsaqdakı digər bakteriyalarla qarşılıqlı əlaqədən və ümumi mikrobiomun vəziyyətindən asılıdır.

Yeni müalicə üsullarına ümid yaranıb

Tədqiqat zamanı zərərli bakteriyaların bir canlıdan digərinə keçə bildiyi də müəyyən olunub. İltihab yaradan mikrobioma malik siçanlarla sağlam mikrobioma sahib siçanlar birlikdə saxlanıldıqda bakteriyalar digər heyvanlara da ötürülüb və oxşar sağlamlıq problemləri yaradıb. Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə uşaqlarda qidalanma çatışmazlığı və boy artımının ləngiməsinin qarşısını almaq üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər. Onların fikrincə, gələcəkdə hamiləlikdən əvvəl və ya hamiləlik dövründə anaların bağırsaq mikrobiomunun təhlükəsiz şəkildə tənzimlənməsi iltihabı azaltmağa və uşaqların daha sağlam inkişafına şərait yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 409   Tarix: 26 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir

Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə

14 sentyabr
.

Maşını gecə park edərkən bu səhvi etməyin

Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzind

13 sentyabr
.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15 sentyabr
.

İtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"

İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi

14 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr
.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

13 sentyabr
.

Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman

14 sentyabr