Kolbasa və sosis xərçəng yaradır? - AÇIQLAMA

Kolbasa və sosis xərçəng yaradır? - AÇIQLAMASosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatlarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artıra bilər.

Bu barədə Sonxeber.az xarici mediaya istinadla xəbər verir.

TASS-a Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova məsələ ilə bağlı danışıb.

"Bir porsiya fastfud xərçəng yaratmır. Lakin belə qidaların ayrı-ayrı komponentləri müntəzəm qəbul edildikdə risk arta bilər. Ən inandırıcı sübutlar emal olunmuş ətlə - sosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatları ilə bağlı əldə olunub", - deyə o bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Xərçəngin Araşdırılması üzrə Beynəlxalq Agentliyin beynəlxalq ekspertlər qrupu emal olunmuş ətin kolorektal xərçəngin inkişaf riskini artırdığı qənaətinə gəlib. Təqdim olunan məlumatlara əsasən, gündəlik 50 qram emal olunmuş ət istehlakı bu xəstəliyin nisbi riskinin təxminən 18 faiz artması ilə əlaqələndirilir.

Bununla yanaşı, 2024-cü ildə aparılmış sistematik icmal və meta-təhlil də ultraemal olunmuş qidaların yüksək miqdarda qəbulu ilə yoğun bağırsaq xərçəngi riskinin cüzi artması arasında əlaqə olduğunu göstərib.

Lakin endokrinoloq vurğulayıb ki, bu cür müşahidə xarakterli tədqiqatlar xəstəliyin yaranmasının yeganə səbəbinin qidanın emal dərəcəsi olduğunu qəti şəkildə söyləməyə əsas vermir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 507   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadının cansız bədəni sahilə vurdu, ətrafdakı insanlar heç nə olmamış kimi davam etdilər - VİDEO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərinləmək üçün dənizə girən qadın boğularaq həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, bir müddət sonra qadının cansız bədəni dalğaların təsiri ilə sahilə çıxıb. Hadisə zamanı sahildə olan insanların baş verənlərə laqeyd qalaraq skamyalard

14 sentyabr
.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

13 sentyabr
.

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı

14 sentyabr
.

Kosmik milyarderlərin Ay planlarına pis xəbər: Alimlər əsas problemi açıqladılar

Alimlər müəyyən ediblər ki, Ayda daimi bazaların qurulması üçün yetərli miqdarda su yoxdur. Harvard-Smitson Astrofizika Mərkəzinin tədqiqatçısı Martin Elviz bir milyon əhalisi olan şəhərin Ay səthində neçə il yaşaya biləcəyini hesablayıb. -ın məlumatına görə, "Frontiers" jurnalında dərc oluna

15 sentyabr
.

Tətilə gedən ovçular küçədə qaban sürüsü ilə qarşılaşdı: Başmaqlarını heyvanlara atdı - VİDEO

Türkiyənin Kütahya şəhərindən Muğlanın Marmaris rayonuna tətilə gedən 4 ovçu gecə saatlarında küçədə dolaşan 5 vəhşi qabanla qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı ovçulardan Mehmet Özkanın ayağındakı başmaqları çıxararaq qaçan qabanların arxasınca atması sosial mediada böyü

14 sentyabr
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12 sentyabr
.

Balıq bişirəndə edilən əsas səhvlər

Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi

13 sentyabr
.

İtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"

İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi

14 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr