Bu marka yarım milyondan çox avtomobilini geri çağırır
Avtomobil istehsalçısı "Ford" mühərrik hissəsində yanğın yaranma riski ilə əlaqədar 565 691 "Bronco"nu və "Bronco Raptor" krossoverini geri çağırmaq qərarına gəlib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, baxış kampaniyası 2021-2026-cı il buraxılışlı modelləri əhatə edir. Qərara əsas səbəb mühərrikin naqillər sistemindəki qüsurdur. Belə ki, qeyri-kafi mühafizə ucbatından naqillər ətrafdakı detallara sürtülərək yeyilə bilər. Bu isə öz növbəsində kabel izolyasiyasının pozulmasına, qısaqapanmaya, elektrik qığılcımına və nəticə etibarilə alışmaya gətirib çıxarır.
Avtomobil sahiblərindən gələn şikayətlər əsasında iyun ayında müvafiq araşdırmalara başlanılıb. Sürücülər hərəkət vaxtı salonun havalandırma sistemindən tüstü gəldiyini və kapotun altından, sərnişin oturan tərəfdə alov qığılcımlarının göründüyünü qeyd ediblər.
Şirkət 15 oktyabr 2024-cü ildən 20 iyun 2026-cı ilədək olan dövrdə sözügedən nasazlıqla əlaqədar ola biləcək 15 alışma halı qeydə alıb. Bununla belə, avtomobil şirkəti bu qüsur ucbatından hər hansı yol-nəqliyyat hadisəsinin baş verməsi və ya xəsarət alanların olması barədə heç bir məlumatın olmadığını vurğulayıb.
Nəqliyyat vasitəsi sahiblərinə xəbərdarlıq bildirişlərinin göndərilməsinə avqustun 24-dən 28- dək başlanacaq. Daha sonra müştərilərə yaranmış problemin pulsuz şəkildə həll edilməsi üçün "Ford" və ya "Lincoln'un rəsmi diler mərkəzlərinə yaxınlaşmaq tövsiyə ediləcək. Geri çağırış kampaniyası daxilində diler mərkəzləri naqillərin sürtülərək zədələnməsinin qarşısını almaq məqsədilə maşınlara əlavə qoruyucu qat və xüsusi lent örtüyü pulsuz tətbiq edəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1004 Tarix: 27 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabrHər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr