ChatGPT-yə təşəkkür etmək lazımdır? - Alimlərin gözlənilməz cavabı

ChatGPT-yə təşəkkür etmək lazımdır? - Alimlərin gözlənilməz cavabıMilyonlarla insan ChatGPT kimi süni intellekt çat-botları ilə sanki canlı həmsöhbət kimi ünsiyyət qurur. İstifadəçilər müraciətlərində "zəhmət olmasa", "təşəkkür edirəm" kimi nəzakət ifadələrindən istifadə edir, hətta bəzən üzr də istəyirlər.

Qaynarinfo xəbər verir ki, "Noklapja" nəşrinin yazdığına görə, aparılan araşdırmalar göstərib ki, nəzakətli davranışın özü ChatGPT-nin cavablarının keyfiyyətini artırmır. Alimlər bildiriblər ki, mehriban və nəzakətli üslubun süni intellektin daha dəqiq işləməsinə kömək etdiyini təsdiqləyən inandırıcı elmi sübut yoxdur. Bəzi tədqiqatlarda cüzi müsbət fərq müşahidə edilsə də, digər araşdırmalarda ümumiyyətlə heç bir fərq aşkarlanmayıb.

Mütəxəssislərin sözlərinə görə, cavabın keyfiyyətinə ən çox təsir edən amil müraciətin forması deyil, sorğunun dəqiq və aydın hazırlanmasıdır. İstifadəçi tapşırığı ətraflı izah etdikdə, mətnin üslubunu, həcmini və məqsədini göstərdikdə daha faydalı nəticə əldə edir.

Bundan əlavə, ekspertlər ChatGPT-yə nümunələr təqdim etməyi, eyni mövzu üzrə bir neçə cavab variantı istəməyi və tapşırığı yerinə yetirməzdən əvvəl dəqiqləşdirici suallar verməsinə imkan yaratmağı tövsiyə edirlər.

İnsanlar niyə süni intellektlə nəzakətli danışırlar?

Araşdırma müəllifləri qeyd edirlər ki, nəzakətin cavabların keyfiyyətinə təsiri olmasa da, milyonlarla insan çat-botlarla canlı insan kimi ünsiyyət qurmağa davam edir.

Bunun əsas səbəbi müasir süni intellekt sistemlərinin təbii dildə danışması, zarafat etməsi, suallar verməsi və dialoqu davam etdirə bilməsidir. Bu isə istifadəçilərdə qarşılarında həqiqi həmsöhbət olduğu hissini yaradır.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, çat-botların emosiyaları, şüuru və şəxsi fikri yoxdur. Onlar cavabları vəziyyəti anlayaraq və ya empatiya göstərərək deyil, statistik qanunauyğunluqlar əsasında formalaşdırırlar.

"Zəhmət olmasa" və "təşəkkür edirəm" deməyin faydası nədir?

Mütəxəssislər hesab edirlər ki, süni intellektlə nəzakətli ünsiyyətin faydası çat-bot üçün deyil, istifadəçinin özü üçündür.

Onların fikrincə, insanın danışıq tərzi zamanla vərdişə çevrilir. Əgər kimsə hətta maşınla ünsiyyətdə də kobud və ya təkəbbürlü davranırsa, bu, gələcəkdə digər insanlarla münasibətlərinə də təsir göstərə bilər.

Məhz buna görə "zəhmət olmasa" və "təşəkkür edirəm" kimi ifadələr gündəlik ünsiyyət mədəniyyətinin qorunmasına xidmət edir.

Tədqiqatçılar, həmçinin xatırladıblar ki, süni intellekt sürətlə inkişaf etsə də, ona öyrənmək, işləmək və ideya əldə etmək üçün bir alət kimi yanaşmaq lazımdır. Vacib həyat qərarlarının qəbulunda isə onu dost və ya əsas məsləhətçi hesab etmək düzgün deyil.

Qeyd edək ki, daha əvvəl amerikalı mütəxəssis, fəlsəfə doktoru Cudit S. Bek süni intellektin psixoloji dəstək vasitəsi kimi istifadəsinin həm üstünlükləri, həm də riskləri olduğunu bildirmişdi. Bundan başqa, yaxın vaxtlarda süni intellektin alimlərin təxminən 80 il ərzində həll edə bilmədiyi riyazi problemi həll etdiyi də açıqlanıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1465   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Teleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə

Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O

11 sentyabr
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

15 sentyabr
.

Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi

13 sentyabr
.

Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş

Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur

13 sentyabr
.

Haradan haraya! Bu uşağı indi dünya tanıyır

Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu

11 sentyabr
.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

13 sentyabr
.

Tətilə gedən ovçular küçədə qaban sürüsü ilə qarşılaşdı: Başmaqlarını heyvanlara atdı - VİDEO

Türkiyənin Kütahya şəhərindən Muğlanın Marmaris rayonuna tətilə gedən 4 ovçu gecə saatlarında küçədə dolaşan 5 vəhşi qabanla qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı ovçulardan Mehmet Özkanın ayağındakı başmaqları çıxararaq qaçan qabanların arxasınca atması sosial mediada böyü

14 sentyabr
.

"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK

Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda

13 sentyabr
.

Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər

Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac

12 sentyabr