"Həkim səhvi məni bu günə saldı" - Naibə Allahverdiyeva Türkiyədə müalicə olunur
Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemə görə Türkiyəyə yollanıb.
Aktrisa ayağında yaranan ciddi sağlamlıq problemi ilə bağlı Axşam.az-a danışıb. Aktrisa bildirib ki, illər əvvəl rayonda çəkiliş zamanı yıxılmasından sonra hələ də ayağı sağalmır:
"Ayağım üçün müalicəyə Türkiyəyə gəlmişəm. İllər əvvəl veriliş üçün rayona çəkilişə getmişdik. Orada yıxıldım. Dağın başı idi, həkim yox idi. Adi bir həkim gəldi, amma heç nə edə bilmədi. İki gün orada qaldım. Sonra başqa bir həkim gətirdilər, ayağımı dartdı, vəziyyətim daha da ağırlaşdı. İki gündən sonra məni Bakıya göndərdilər. Burada da hansısa həkimin əlinə düşdüm, amma düzgün müalicə olunmadım".
N.Allahverdiyeva bildirib ki, sonradan problemin düşündüyündən daha ciddi olduğu məlum olub:
"İndi həkimlər deyirlər ki, bir deyil, iki sınıq var imiş. İllərdir bunun əziyyətini çəkirəm. Çox ağır fəsadlar verib. Getmədiyim həkim qalmadı, hərəsi bir söz deyirdi. Amma heç biri problemin ikinci sınıqdan olduğunu bilmir. Məcbur olub Türkiyəyə gəldim. Burada mənə düzgün diaqnoz qoyulub, amma daha gecdir".
N. Allahverdiyeva əlavə edib ki, ayağındakı problem tam sağalmayacaq:
"Həkimlər dedilər ki, bununla ömrümün sonuna qədər yaşayacağam. Daim müalicə almalıyam. Ağrıları azaltmaq üçün müəyyən prosedurlar edəcəklər. Ayaq biləyimin dondurulmasını təklif etdilər, amma buna razılıq vermədim. Sınığın yaratdığı fəsadları tam aradan qaldırmaq mümkün deyil. Sadəcə müəyyən müddət ağrıları azaltmaq olar. Bunun üçün də vaxtaşırı müalicəyə gəlməliyəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1615 Tarix: 30 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,
15 sentyabrMənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
16 sentyabrTƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə
16 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabr