"Daha dərin və sistemli alətlər geridə qalır" - AÇIQLAMA

"Daha dərin və sistemli alətlər geridə qalır" - AÇIQLAMA"Azərbaycan bazarında marketinq mənzərəsinə baxanda maraqlı bir paradoks görünür: rəqəmsal kanallara xərclər artır, amma bu artım əsasən sosial media reklamları, əsas SEO və bir neçə "rahat" alətin ətrafında cəmlənir. Daha dərin və sistemli alətlər isə geridə qalır".

Bunu Sonxeber.az-a Strateji Kommunikasiya üzrə Ekspert Səfər Aslanov danışıb.

O, açıqlamasında qeyd edib ki, kifayət qədər istifadə olunmayan sahələr bunlardır:

"1. Marketinq avtomatlaşdırması və CRM inteqrasiyası

Xidmət təqdim edən agentliklər bunu özləri də "təklif" kimi təqdim edirlər. Bu isə bazarda hələ kütləvi tələbatın formalaşmadığını göstərir. E-mail/SMS seqmentasiyası, davranış əsaslı trigger-kampaniyalar və loyallıq axınları bəzi mütəxəssislər üçün hələ də yeni anlayış olaraq qalır.

2. E-mail marketinq

Qlobal təcrübədə müştəri saxlama (retention) alətlərinin əsaslarından biri hesab edilən e-mail marketinq yerli bazarda əsasən "əlavə" vasitə kimi qəbul olunur. Əsas büdcələr isə daha çox sosial media reklamlarına yönəldilir.

3. Data əsaslı qərarvermə və attribution

GA4, UTM izləmə və KPI hesabatlılığı mövcuddur, lakin kiçik və orta bizneslərdə bunlar çox vaxt formal şəkildə qurulur və real qərarvermə prosesinə təsir etmir.

4. Süni intellekt alətləri

Bəzi agentliklərin təcrübəsinə görə, bu sahəyə edilən investisiyalar yerli bazarda hələ zəif nəticə verir. Bunun əsas səbəbi iştirakçıların böyük əksəriyyətinin süni intellekt alətlərini aktiv şəkildə mənimsəməməsidir.

5. CTV və DOOH

Ekspertlər tərəfindən gələcəyin əsas trendləri kimi qeyd edilsə də, hazırda bu istiqamətlər yerli bazarda demək olar ki, geniş tətbiq olunmur.

6. Ənənəvi və rəqəmsal marketinqin inteqrasiyası (omnichannel)

QR kodlu flayerlər, izlənilə bilən SMS linkləri kimi sadə hibrid həllər mövcud olsa da, bunlar geniş miqyasda tətbiq edilmir.

Fikrimcə, bu boşluğun əsas nəticəsi ikili xarakter daşıyır. Bir tərəfdən, bu alətlərdən düzgün istifadə edən azsaylı şirkətlər üçün nisbətən ucuz rəqabət üstünlüyü yaranır. CRM avtomatlaşdırmasını və data əsaslı attribution sistemlərini düzgün quran bizneslər, rəqiblərinin yalnız "büdcə xərcləyib nəticəni görməmək" yanaşmasında olduğu bazarda fərqlənmək imkanı əldə edir.

İkinci mühüm məqam isə məlumat sahibliyi məsələsidir. E-mail və CRM əsaslı marketinq şirkətə öz auditoriyası üzərində nəzarət imkanı verir. Sosial media platformalarından həddindən artıq asılılıq isə həmin auditoriyanı "icarəyə götürmək" deməkdir. Alqoritmlər dəyişdikdə və ya reklam qiymətləri artdıqda, yalnız platforma mərkəzli strategiyalara güvənən bizneslər daha həssas vəziyyətə düşür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 906   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr