Azyaşlı bağçada döyülüb? - Foto-Video

Azyaşlı bağçada döyülüb? - Foto-VideoSumqayıtda fəaliyyət göstərən "Nauka Tədris Mərkəzi"ndə azyaşlının döyüldüyü iddia edilir.

Bu barədə "Qafqazinfo"ya bağçanın yay düşərgəsində oğlunun zorakılığa məruz qaldığını iddia edən valideyn Nuranə Mehraliyeva bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində uşağın üz və bədən nahiyəsində xəsarətlər yaranıb:

"Oğlum Tunar Abdullayevin 7 yaşı var və bu il məktəbə gedəcək. Əvvəllər də özəl bağçaya gedirdi. Ancaq həmin vaxt müəllimi analıq məzuniyyətinə çıxdığı üçün rus bölməsi üzrə hazırlıq dərsləri dayandırılmışdı.

Araşdırma apardıqdan sonra mənə dedilər ki, Pərvanə xanım yaxşı müəllimdir. Buna görə oğlumu onun hazırlıq kursuna gətirdim.

Bir neçə dərsdən sonra mənə bildirdilər ki, uşaqların bazası zəifdir və həftədə bir dəfə dərs kifayət etmir. Təklif etdilər ki, uşağı əvvəlki bağçadan çıxarıb onların bağçasına gətirim. Mənə 6 ay ərzində oğlumun tam hazır vəziyyətə gətiriləcəyinə və məktəbə hazır olacağına zəmanət verdilər.

Onların dediyi kimi etdim. Oğlumu əvvəlki bağçadan çıxarıb bu bağçaya keçirdim. Tələb olunan bütün ödənişləri vaxtında etmişəm. Hətta aylıq ödənişdən əlavə, hər ay gəzinti və digər fəaliyyətlər üçün 300 manat da ödəmişəm".

Azyaşlı bağçada döyülüb? - Foto-VideoAnanın sözlərinə görə xoşagəlməz hadisə isə ayın 27-də baş verib:

"Bundan əvvəl də bir-iki dəfə problemlə üzləşmişdik. Bağça əməkdaşlarının səslərini qaldırmaları, uşaqlara təhqiredici davranışları ilə bağlı rəhbərliyə məlumat vermişdim. Hər dəfə mənə həmin şəxsin işdən çıxarıldığını və məsələnin həll olunduğunu desələr də, sonradan bunun sadəcə bizi yola vermək üçün edildiyini başa düşdüm.

İmtahanlarına görə gözləyirdim ki, oğlum əvvəlcə imtahanlarını versin, sonra bağçadan çıxarım. Daha sonra bağça tərəfindən yay düşərgəsi təşkil olundu. Məcbur qalıb uşağımı həmin düşərgəyə göndərdim ki, vaxtını səmərəli keçirsin.

Tədris Mərkəzinin 2 filialı var. Bizim getdiyimiz filial 5-ci mikrorayonda yerləşirdi. Hadisə isə yaxınlıqdakı idman kompleksinin həyətində təşkil olunan düşərgədə baş verib.

Həmin ərazidə menecer uşağı çubuqla vurub. Nəticədə oğlumun üz nahiyəsində və bədənində müxtəlif xəsarətlər yaranıb. Qızım da həmin bağçaya gedir və hadisənin şahididir. Digər uşaqlar da həmin şəxsin davranışlarının normal olmadığını təsdiqləyə bilərlər. Qeyd edim ki, həmin şəxs müəllim deyil, düşərgəni təşkil edən menecerdir".

Valideyn bildirib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və hazırda məsələ araşdırılır.

Azyaşlı bağçada döyülüb? - Foto-VideoMəsələ ilə bağlı "Nauka Tədris Mərkəzi"ndən saytımıza bildirildi ki, qeyd olunan məlumatların bu formada yayılması həqiqətə uyğun deyil:

"Bunlar "Nauka Tədris Mərkəzi"nin işgüzar nüfuzuna ciddi xələl gətirir. Fiziki zorakılıq iddiası həqiqəti əks etdirmir. Hadisə ilə bağlı müəssisədə mövcud olan müşahidə kameralarının görüntüləri tərəfimizdən qorunub saxlanılıb. Həmin görüntülərin araşdırılması zamanı uşağın müəllim tərəfindən döyülməsi və ya çubuqla vurulması barədə yayımlanmış iddianı təsdiq edən hər hansı hal müəyyən edilməyib. Hadisənin baş verdiyi iddia olunan vaxt üzrə kamera görüntüləri, "WhatsApp" yazışmaları, səs materialları və digər sənədlər mövcuddur və zərurət yarandıqda aidiyyəti orqanlara, məhkəməyə sübut kimi təqdim edilə bilər.

Bu müraciətə qanunvericiliklə müəyyən edilmiş müddətdə əsaslandırılmış cavab verilməsini xahiş edirik. Tələblərimizin təmin edilməsindən imtina edildiyi və ya qanunla nəzərdə tutulmuş qaydada cavab verilmədiyi halda, hüquqlarımızın müdafiəsi üçün aidiyyəti dövlət orqanlarına və məhkəməyə müraciət etmək, o cümlədən dəymiş maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarımızdan istifadə etmək hüququnu özümüzdə saxlayırıq".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, iddialarla bağlı polis idarəsinə müraciət daxil olub. Müraciət üzrə prosessual araşdırma aparılır.

Azyaşlı bağçada döyülüb? - Foto-VideoAzyaşlı bağçada döyülüb? - Foto-Video


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 962   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr