Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili GünüdürAvqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Sonxeber.az xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək prinsipial mövqeyini göstərib.

1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir.

H.Əliyev 2001-ci il iyulun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da isə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar imzalayıb. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar imzalanıb.

Prezident "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edib.

Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilinin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 252   Tarix: 01 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib

Azərbaycanda bu il ərzində 38 514 uşağa atanın soyadı, 924 uşağa isə ananın soyadı verilib. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ildə 91 558 uşağa atanın soyadı, 2 280 uşağa ananın soyadı verilib

31 iyul
.

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırdı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 4 avqust - 30 sentyabr tarixləri arasında Bakı - İstanbul marşrutu üzrə həftəlik reyslərin sayını 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı - Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayını 42-dən 46-ya çatdırıb. bu barədə səhmdar cəmiyyətə istinadə

31 iyul
.

Bakıdakı bu universitet bağlandı

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun v

31 iyul
.

"İnsan həyatı üçün ciddi təhlükə var" - Həmin klinikada yoxlama

"21-23 iyul tarixləri arasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Vital Hospital"da plandankənar yoxlama keçirilib. Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib". Bu barədə "Qafqazinfo"y

31 iyul
.

AzTU-da elektron diplomlar verilir - Rektor ilk diplomları imzaladı

İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb. "Qafqazinfo" xəbər verir ki, proses "Təhsil haqqında" Qanunun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tib

31 iyul
.

Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərləri ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib. İdarədən -a verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə gedənlərin sayının artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarınd

1 avqust
.

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa hökm oxundu

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadəni

31 iyul
.

Nuhi Abdinova yüksək vəzifə verildi

Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin olunub. -ın məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sözügedən vəzifəyə Nuhi Abdinov təyin edilib. O, bundan əvvəl Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini kimi çalışıb

31 iyul
.

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?

Hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabitdir. Yerli yoluxma halları qeydə alınmayıb. Bununla yanaşı, ölkəyə xaricdən gətirilə biləcək infeksiyaların qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davam etdirilir. AZƏRTAC-a istinadə

31 iyul