"3783 manatı mənə ödəmək istəmirlər" - "VİVA-RİVA"dan şikayət

"3783 manatı mənə ödəmək istəmirlər" - "VİVA-RİVA"dan şikayətBakının Xətai rayon sakini Vəfa Əhmədova işlədiyi şirkət tərəfindən əmək hüquqlarının kobudcasına pozulduğunu bildirir.

"Qafqazinfo"ya müraciət edən şikyətçi iddia edib ki, çalışdığı "VİVA RİVA" mebel salonu onu qanunsuz olaraq işdən çıxarıb və 3800 manata yaxın ödənişləri həyata keçirmir:

"Keçən ilin 8 avqust tarixindən bu ilin 8 iyul tarixinədək türkiyəli iş adamı Hakan Zenginə məxsus "VİVA RİVA" mebel salonunda satıcı vəzifəsində rəsmi və faktiki olaraq gecə-gündüz demədən çalışmışam. Əmək müqaviləmdə aylıq əməkhaqqım 400 manat nəzərdə tutulsa da, qarşılaşdığım mənzərə tam bir insafsızlıq və kölə istismarı idi. Bir il boyunca şənbə və bazar günləri də daxil olmaqla, heç bir istirahət günü görmədən işlədilmişəm. Lakin əmək qanunvericiliyinin tələb etdiyi istirahət günlərindəki işə görə əlavə ödənişlərin heç biri mənə ödənilməyib. Bundan başqa, işlədiyim müddətdə nəinki haqqım olan illik məzuniyyətdən istifadə etməyimə şərait yaradılıb, hətta halal zəhmətimlə qazandığım əməkhaqqını da tam şəkildə ala bilməmişəm. Son olaraq 08.07.2026-cı il tarixində heç bir hüquqi əsas, xəbərdarlıq və rəsmi əmr olmadan, sadəcə işəgötürənin şifahi təkəbbürü ilə qapıdan çölə atılmışam. Nə istifadə etmədiyim məzuniyyətin kompensasiyası, nə də son haqq-hesabım verilib. Baş vermiş qanunsuzluqlarla bağlı, 3 783 AZN məbləğində çatacaq vəsaitin işəgötürəndən tutulması üçün aidiyyəti qurumlara müraciət etmişəm. Lakin təəssüf ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu günə kimi bu inzibati xəta haqqında işə heç bir reaksiya vermir, prosesi uzadır. İşəgötürən Hakan Zengin açıq-aşkar bildirir ki, "Əmək Müfəttişliyi ilə münasibətləri çox yaxşıdır və ona bu haqsızlığa görə heç kim heç nə edə bilməz!". Xahiş edirəm, bu məsələyə aidiyyəti qurumlar aydınlıq gətirsin və tədbir görsünlər".

"3783 manatı mənə ödəmək istəmirlər" - "VİVA-RİVA"dan şikayətİttihamlarla əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Vəfa Əhmədovanın əmək hüquqlarının pozulması ilə bağlı quruma 4 rəsmi müraciəti daxil olub: "Hazırda həmin müraciətlər əsasında Xidmət tərəfindən aidiyyəti üzrə araşdırma aparılır. Vətəndaşların bütün müraciətlərinə baxılması "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, müraciətlərə ən geci 15 iş günü müddətində baxılır. Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğuların göndərilməsi zərurəti yarandıqda isə müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən ən çox 30 iş günü uzadıla bilər".

Məsələ ilə bağlı "VİVA RİVA" mebel salonunun da mövqeyini öyrəndik. Satış müdiri Ahmet Akdeniz saytımıza açıqlamasında bildirdi ki, V.Əhmədova ilk olaraq özü işdən çıxmaq istədiyini deyib: "Biz onun istəyini uyğun gördük və işdən çıxa biləcəyini söylədik. Bundan sonra Vəfa Əhmədova işdən çıxmağa dair ərizə təqdim etdi. Lakin bu ərizə mövcud vəziyyətə uyğun tərtib edilməmişdi. O, hazırda da rəsmi olaraq bizim əməkdaşımızdır. Həmçinin vətəndaşın iddia etdiyi kompenasasiya məbləği onun tələb etdiyi miqdarda deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 348   Tarix: 01 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr