Niyə köpək balıqlarının sümükləri yoxdur? - Onların skeletinin qeyri-adi sirri

Niyə köpək balıqlarının sümükləri yoxdur? - Onların skeletinin qeyri-adi sirriKöpəkbalıqları əksər balıqlardan təkcə xarici görünüşü ilə fərqlənmir. Alimlər onların skeletinin nə üçün tamamilə qınlıqdan (qığırdaqdan) ibarət olduğunu izah ediblər. Əksər insanlar bütün balıqların sümük skeletinə malik olduğuna öyrəşiblər. Lakin köpəkbalıqları istisnadır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, balıq sinfinə aid olmalarına baxmayaraq, onların orqanizmində bir dənə də olsun əsl sümük yoxdur. Bütün daxili skelet - sütündan və kəllədən tutmuş çənələrə qədər - qığırdaq toxumasından ibarətdir.

Alimlər izah edirlər ki, köpəkbalıqlarının skeleti insan qulaqlarının və burun ucunun ibarət olduğu eyni tip qığırdaqdan ibarətdir. Eyni zamanda, o, xeyli dərəcədə möhkəmdir, çünki onun ayrı-ayrı sahələri kalsium duzlarının çökdürülməsi sayəsində möhkəmləndirilir.

Köpəkbalıqları skatlar və ximeraların da daxil olduğu qığırşaqlı balıqlar sinfinə (Chondrichthyes) aiddir. Digər əksər balıqlardan fərqli olaraq, onlarda üzmə qabiliyyətini saxlamağa kömək edən üzmə qovuğu yoxdur. Bu funksiyanı orqanizmin digər quruluş xüsusiyyətləri yerinə yetirir: yüngül qığırdaq skeleti, piylə zəngin böyük qaraciyər, həmçinin suda əlavə qaldırıcı qüvvə yaradan üzgəclər və daimi hərəkət.

Qığırdaq sümükdən təxminən iki dəfə az sıxlığa malik olsa da, bu, onun zəif olması demək deyil. Skeletin möhkəmliyini artırıcı mineralların toplandığı çənələr və fəqərələr daha çox möhkəmləndirilmişdir.

Tez-tez köpəkbalıqlarının dişləri ilə bağlı da sual yaranır. Onların sərtliyinə baxmayaraq, dişlər də sümük deyil.

Dişlər əsasən dentindən ibarətdir və insan dişlərinin quruluşuna bənzər toxumalardan olan emaloid qatı ilə örtülmüşdür. Məhz bu xüsusiyyət köpəkbalıqlarının qalıqları arasında ən çox dişlərin tapılmasını izah edir.

Qığırdaq skelet qalıq şəklində çox nadir hallarda qalır, dişlər isə süxurlarda milyonlarla il qala bilər. Bundan əlavə, köpəkbalıqları həyatları boyu dişlərini daim dəyişirlər, buna görə də bir heyvan özündən xeyli miqdarda diş qoyub gedir.

Eyni zamanda, müasir tədqiqatlar sümüklərin olmamasının köpəkbalıqlarının ibtidai xüsusiyyəti olması fikrini şübhə altına alır. Getdikcə daha çox qalıq tapıntıları çənəli onurğalıların ümumi əcdadlarının daha çox sümük toxumasına malik ola biləcəyini, qığırşaqlı balıqlar xəttinin nümayəndələrinin isə onun əhəmiyyətli bir hissəsini məhz təkamül prosesində itirdiyini göstərir. Bununla belə, alimlər qeyd edirlər ki, bu dəyişikliklərin dəqiq ardıcıllığı hələ də müzakirə mövzusu olaraq qalır.

Bu fərziyyənin sübutlarından biri 2020-ci ildə Martin Brazo nun rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu tərəfindən təsvir edilən kəşf oldu. Alimlər təxminən 410 milyon il əvvəl yaşamış qalıq zirehli balıq Minjinia turgenensis növdə tədqiqat apardılar. Onun kəlləsində müasir sümüklü onurğalıların daxili skeletinin əhəmiyyətli bir hissəsini təşkil edən toxuma - yaxşı qorunub saxlanılmış endoxondral sümük aşkar edildi.

Tədqiqatçılar bundan əvvəl yaşı təxminən 380 milyon il olan başqa qədim balığı - Gogoselachusu təsvir etmişdilər. Onun müasir köpəkbalıqlarının qığırnağından quruluşuna görə fərqlənən qeyri-adi minerallaşmış qığırnağı var idi.

Tədqiqat müəlliflərinin fikrincə, bu tapıntı onların skeletinin təkamülünün erkən mərhələlərindən birini əks etdirə bilər.

Alimlər qeyd edirlər ki, köpəkbalıqlarının tarixi 400 milyon ildən çoxdur. Məhz buna görə də onların sümüksüz skeletinə bu gün təkamülün başa çatmamış mərhələsi kimi deyil, yüksək ixtisaslaşmış anatomik xüsusiyyət kimi baxırlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 795   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr