"İranın sərt bəyanatları daha çox çəkindirmə siyasətinin tərkib hissəsi kimi görünür" - BƏHRUZ QULİYEV
"İranın Ali Rəhbərinin baş hərbi müşaviri Möhsün Rzayinin Ukraynaya qarşı üç hədəfə zərbə endirməyə hazır olduqlarını bəyan etməsi ilk baxışdan yeni münaqişə ocağının yarana biləcəyi təəssüratı yaradır. Lakin hadisələrin inkişaf dinamikası göstərir ki, burada söhbət real müharibə qərarından deyil, daha çox siyasi və diplomatik mesajdan gedir.
Əvvəla, Ukraynanın əsas prioriteti Rusiya ilə davam edən müharibədir. Kiyev üçün İranla ayrıca hərbi qarşıdurmaya girmək strateji baxımdan məntiqsiz olardı. Bu, həm resursların parçalanmasına, həm də Qərb tərəfdaşları ilə koordinasiyada əlavə problemlər yarada bilər.
Digər tərəfdən, İran da hazırda kifayət qədər mürəkkəb geosiyasi vəziyyətlə üz-üzədir. ABŞ-la münasibətlər, Hörmüz boğazı ətrafındakı böhran, İsrail amili, Yaxın Şərqdə təhlükəsizlik məsələləri və iqtisadi sanksiyalar fonunda Tehranın Avropa istiqamətində yeni hərbi cəbhə açması onun strateji maraqlarına uyğun deyil." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, məhz buna görə də İranın sərt bəyanatları daha çox çəkindirmə siyasətinin tərkib hissəsi kimi görünür. Tehran göstərmək istəyir ki, onun kommersiya və ya milli maraqlarına qarşı istənilən addım cavabsız qalmayacaq. Eyni zamanda, Ukraynanın hadisənin qəsdən baş vermədiyini bildirməsi və iki ölkənin xarici işlər nazirləri arasında aparılan telefon danışığından sonra gərginliyin azalması diplomatiyanın hələ də əsas vasitə olaraq qaldığını göstərir.
Burada diqqət çəkən başqa bir məqam da İranın ABŞ-la birbaşa danışıqları deyil, Oman vasitəçiliyi ilə aparılan təmasları ön plana çıxarmasıdır. Bu, Tehranın hərbi eskalasiyadan daha çox siyasi manevrlərə üstünlük verdiyini göstərən mühüm siqnaldır.
"Hesab edirəm ki, Möhsün Rzayinin açıqlaması Ukraynaya ünvanlanmış hərbi ultimatumdan daha çox beynəlxalq ictimaiyyətə və xüsusilə də Qərbə göndərilmiş siyasi mesajdır. İran bununla həm çəkindirici mövqe nümayiş etdirir, həm də danışıqlar masasında öz mövqeyini gücləndirməyə çalışır.
Bugünkü reallıq göstərir ki, nə İranın, nə də Ukraynanın marağı yeni müharibə cəbhəsi yaratmaq deyil. Əksinə, hər iki tərəf mövcud böhranın nəzarətdən çıxmaması üçün diplomatik kanalları açıq saxlamağa çalışır. Buna görə də son bəyanatları yaxın perspektivdə genişmiqyaslı hərbi qarşıdurmanın anonsu kimi deyil, geosiyasi təzyiq və diplomatik manevr elementi kimi qiymətləndirmək daha doğru olar." - deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...