55 saat dayanmadan üzüb tarix yazdı - Video
Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb.
"Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahəti sudan çıxmadan və fasilə vermədən təxminən 55 saata tamamlayıb.
Üzgüçünü yol boyu qidalanma, tibbi nəzarət və istiqamət müəyyənləşdirmə üçün xüsusi müşayiət qayıqları dəstəkləyib. Lakin keçidin qaydalarına əsasən, Kubkovski qayıqlara toxuna, onların üzərinə çıxa və yata bilməzdi. Rekordun qeydə alınması üçün o, sahilə öz gücü ilə çıxmalı olub.
55 saatlıq mübarizədən sonra necə hiss etdiyi soruşulan idmançı həddindən artıq yorğun olduğunu və yaşadıqlarını hələ tam dərk etmədiyini bildirib.
Bu, Bartlomey Kubkovskinin Baltik dənizini keçmək üçün beşinci cəhdi olub. O, 2025-ci ildəki sınağında Polşa sahillərinə cəmi 11 kilometr qalmış huşunu itirib və təhlükəsizlik məqsədilə sudan çıxarılıb.
Budəfəki rekord üzgüçülük həm də xeyriyyə məqsədi daşıyıb. Kubkovskinin təşəbbüsü xərçəng müalicəsi alan uşaqlara yardım edən "Cancer Fighters" təşkilatı üçün təxminən 600 min Polşa zlotısı (140 min avro) vəsait toplanmasına kömək edib.
Kubkovskinin uğurundan sonra keçidi tamamlayan ilk qadın olmaq istəyən keçmiş polşalı olimpiyaçı Karolina Şçepanyak da eyni marşrut üzrə üzməyə başlayıb. Lakin onun cəhdi uğursuz nəticələnib. Şçepanyak dənizdə təxminən 58 saat qaldıqdan sonra finişə 40-45 kilometr qalmış sudan çıxarılıb.
Onun komandası bildirib ki, idmançının vəziyyəti stabildir, lakin uzunmüddətli üzgüçülükdən sonra yorğunluq, ağrılar və bədəndə şişkinlik yaranıb.
Şçepanyakın bu cəhdi də xeyriyyə məqsədi daşıyıb və ağır onurğa zədəsi alan 14 yaşlı uşağın müalicəsi və reabilitasiyası üçün ianə toplama kampaniyasına dəstək verib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 768 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabr