Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb
Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb.
Məmurun sözlərinə görə, Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna, eləcə də terminala doğru hərəkət edən gəmilərə zərbələr endirməkdən çəkinəcək. Bir şərtlə ki, həmin gəmilər Rusiya ilə əlaqəli olmasın, Ukraynanın sanksiyaları altında olmasın və Rusiya yükü daşımayıb.
Vurğulanıb ki, Ukrayna bu öhdəlikləri ABŞ rəsmiləri ilə danışıqlardan sonra üzərinə götürüb.
Bundan əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğu barədə xəbərdar edib.
Nəşrin məlumatına görə, Amerikanın Chevron şirkətinin baş direktoru Mayk Virt Ağ Ev nümayəndələri ilə söhbətində Ukraynanın zərbələri nəticəsində yaranan dolayı zərər məsələsini qaldırıb. Şirkət XBKK-da 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasında maraqlıdır.
Konsorsium Qara dənizdəki terminalı ərazisində tankerlərə PUA hücumları barədə dəfələrlə məlumat verib. XBKK-nın neft kəməri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqlinin ən böyük marşrutudur. Uzunluğu 1,5 min km olan magistral boru kəməri Qərbi Qazaxıstandakı yataqları Qara dənizin Rusiya sahili ilə birləşdirir. Burada neft XBKK-nın dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 166 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır
İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri
9 avqustAlmaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir
Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd
9 avqustDostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı
Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb. yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb
9 avqustVuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib. "Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçi
8 avqustSEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"
İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər. xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibini
9 avqust