Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağlı plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir, yoxlamalar zamanı aşkar olunan hüquq pozuntuları aktlaşdırılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib: "Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.

Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.

Nazirliyin müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəaliyyət) məşğul olma faktına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib".

Əlavə olaraq bildirilib ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya digər pozuntularla bağlı AEM-ə məlumat verə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 202   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaşinqtonda Azərbaycanın sülh modelinə beynəlxalq dəstək verildi

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması uzun illə

10 avqust
.

Vaşinqtondan başlanan sülh prosesi

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş tarixi görüşün birinci ildönümü tamam olur. Həmin sammit təkcə iki ölkə rəhbərinin növbəti görüşü deyildi. O, Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühü

10 avqust
.

8 gün iş OLMAYACAQ - TƏQVİM

2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c

9 avqust
.

Vaşinqton görüşündə qəbul olunan qərarlar böyük perspektivlər

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ili

10 avqust
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

10 avqust
.

Vaşinqton səfərinin uğurları göz önündədir

Vaşinqton səfərinin uğurları göz önündədir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a reallaşdırdığı tarixi səfərin üzərindən bir il ötür. Bu müddət ərzində həmin səfər zamanı əsası qoyulan proseslərin nəticələri daha aydın görünməyə başlayıb. Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərini

10 avqust
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC-yə istinadla xəbər verir. Qeyd olunub ki, Yasama

10 avqust
.

Vaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyub

Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlha

10 avqust
.

Azərbaycan diplomatiyasının növbəti uğuru

Tarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməklə müstəsna yer tutur. Məhz bu baxımdan Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlə

10 avqust