Azərbaycan diplomatiyasının növbəti uğuru

Azərbaycan diplomatiyasının növbəti uğuruTarix müharibələrdə qələbə qazanan çoxlu liderlər tanıyır. Prezident İlham Əliyev isə həmin liderlər sırasında qələbəni dayanıqlı sülhün siyasi və hüquqi əsaslarının yaradılmasına yönəltməklə müstəsna yer tutur. Məhz bu baxımdan Azərbaycan liderinin ortaya qoyduğu siyasi iradə müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dünyada müharibədən qalib ayrılaraq sülhün siyasi və hüquqi əsaslarını yaradan yeganə lider kimi yadda qalıb. Bu böyüklüyün əsl miqyası bəşəriyyət tərəfindən bu gün də, sabah da, zaman keçdikcə də daha dərindən dərk olunacaqdır.

Prezident İlham Əliyev işğalın, nisgilin və tarixi ədalətsizliyin yükünü xalqın çiyinlərindən götürən şanlı sərkərdə kimi artıq Azərbaycanın epoxal tarixinin ayrılmaz simasıdır. Onun adı Zəfər salnaməsinin ən parlaq səhifələrində qürur, ehtiram və sevgi ilə yazılıb, gələcək nəsillər tərəfindən də daim hörmətlə xatırlanacaq. Necə ki, tarix xalqlarının taleyini dəyişən böyük sərkərdələri və dövlət xadimlərini unutmur, cənab İlham Əliyevin adı da Azərbaycan dövlətçiliyinin ən şərəfli salnaməsində əbədi yaşayacaq. Ali Baş Komandan, eyni zamanda qalib xalqın və qalib dövlətin lideri kimi sülh prosesinə də ləyaqət, qətiyyət və siyasi uzaqgörənliklə rəhbərlik etdi. 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarında əldə olunan razılaşma və sülh sazişinin paraflanması bunun ən parlaq təzahürü oldu. Hərb meydanında tarixi Zəfərin memarı, sülh masasında isə yeni tarixin müəllifi olan Ali Baş Komandan Azərbaycan dövlətçiliyinin gələcək əsrlərinə uzanan yeni bir epoxanın əsasını qoydu.
Diplomatiya meydanında da Azərbaycanın milli maraqlarını qətiyyətlə və ləyaqətlə qoruyan Prezident İlham Əliyev bu dəfə bütün dünyaya dövlətçilik, liderlik və əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Paraflanan Sülh Sazişi ilə regionun gələcəyinə təsir göstərəcək mühüm razılaşmalar əldə olundu. Belə ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə xitam verilməsi məqsədilə birgə müraciət etmək barədə razılığa gəldilər. Eyni zamanda, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması istiqamətində əməkdaşlığın əsası qoyuldu. Bununla da Azərbaycan uzun illər ərzində strateji əhəmiyyət daşıyan maneəsiz Naxçıvan bağlantısının təmin olunması yolunda mühüm diplomatik uğura imza atdı. ABŞ Prezidentinin 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarı isə Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı ölkəmizin artan beynəlxalq nüfuzunun və prinsipial mövqeyinin növbəti təsdiqi kimi tarixə düşdü.

Vaşinqton səfəri Azərbaycan ABŞ münasibətlərinin son illərdə keçdiyi mürəkkəb mərhələdə yeni dönüş yaratdı. Bayden-Blinken administrasiyasının ölkəmizə qarşı nümayiş etdirdiyi qərəzli yanaşmanın yaratdığı gərgin siyasi mühit Prezident İlham Əliyevin ABŞ-da yüksək dövlət səviyyəsində qəbul olunması ilə əhəmiyyətli dərəcədə dəyişdi. Bu da Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və sivil dialoqa sadiqliyinin növbəti təsdiqi oldu. Keçirilən görüşlər və verilən siyasi mesajlarla rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişafı üçün yeni mərhələnin əsası qoyuldu. Prezident Donald Tramp tərəfindən Ağ Evin rəmzi açarının böyük lider İlham Əliyevə təqdim edilməsi ölkəmizin dünyanın aparıcı dövləti ilə son illərdə süni şəkildə gərginləşdirilmiş münasibətlərdə yaranmış düyünləri açan tarixi siyasi mesaj kimi yadda qaldı. Prezident Donald Trampın dövlət başçımıza xitabən səsləndirdiyi "Siz böyük lidersiniz" sözləri və Ağ Evin rəmzi açarını yalnız çox nadir hallarda təqdim etdiyini vurğulaması Prezident İlham Əliyevin beynəlxalq siyasi nüfuzunun ən parlaq etiraflarından biri idi.

Beləliklə, Prezident İlham Əliyevin ötənilki Vaşinqton səfəri müasir tariximizin böyük siyasi hadisəsi oldu. Vaşinqtonda paraflanan sənədlər Cənubi Qafqazın gələcək siyasi xəritəsinin hansı prinsiplər üzərində qurulacağını ortaya qoydu. Dövlət başçısının qətiyyəti sayəsində region ilk dəfə olaraq sülhün, nəqliyyatın və iqtisadi inteqrasiyanın əsas məkanına çevrilmək imkanı qazandı. Azərbaycan lideri ölkəmizin milli maraqlarına tam cavab verən siyasəti ilə diplomatiya masasında da qalib tərəfin kim olduğunu dünyaya göstərdi. Prezident İlham Əliyev Vaşinqtonda paraflanan sənədlərlə formalaşan geosiyasi reallığın müəllifi, Cənubi Qafqazı sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı kimi tarixə düşdü. Dövlət başçısı qətiyyətli siyasəti ilə ən mürəkkəb geosiyasi düyünləri belə həll etməyə qadir olduğunu bu dəfə də sübut etdi.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 287   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr