Vaşinqtonda Azərbaycanın sülh modelinə beynəlxalq dəstək verildi
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması uzun illər davam etmiş münaqişədən sonra regionda sülh gündəliyinin rəsmiləşdirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilməlidir.
Əldə olunan nəticələrin əsasını məhz Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş beş baza prinsipi təşkil edir.
Dövlətlərin qarşılıqlı şəkildə suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina olunması, gücdən istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı prinsiplər Azərbaycanın postmünaqişə dövrünün ilk mərhələsində təqdim etdiyi sülh konsepsiyasının əsas elementləri idi. Vaşinqtonda əldə olunan razılaşmalar rəsmi Bakı tərəfindən irəli sürülmüş bu yanaşmanın beynəlxalq səviyyədə qəbul edilən və dəstəklənən sülh çərçivəsinə çevrildiyini nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın münaqişədən sonra Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi arxitekturanın beynəlxalq müstəvidə qəbul olunmasının mühüm göstəricisidir. ABŞ-nin prosesə yüksək siyasi səviyyədə qoşulması xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı siyasi güclərindən biri olan ABŞ-nin vasitəçiliyi və Vaşinqtonun sülh gündəliyinə verdiyi siyasi dəstək Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini daha geniş beynəlxalq müstəviyə çıxarmaqla yanaşı, Azərbaycanın təşəbbüsü ilə formalaşmış sülh modelinə beynəlxalq dəstəyin mövcudluğunu da nümayiş etdirib.
Vaşinqton razılaşmaları regionda münaqişədən sonrakı mərhələnin konkret siyasi, hüquqi və iqtisadi addımlarla davamlı sülhə transformasiya edilməsinin zəruriliyini ön plana çıxarıb. Bu baxımdan ötən bir il ərzində baş verən əsas dəyişikliklərdən biri də sülhün artıq yalnız siyasi bəyanatlar deyil, konkret öhdəliklər, regional layihələr və qarşılıqlı maraqlar üzərində qurulan praktik proses kimi qəbul edilməsidir. TRIPP layihəsi Vaşinqtonda formalaşmış yeni siyasi reallığın iqtisadi və geostrateji komponentini təşkil edir. Bu layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması ilə məhdudlaşmır. Burada söhbət daha geniş mənada Cənubi Qafqazın nəqliyyat xəritəsinin dəyişməsindən, Şərq-Qərb bağlantılarının gücləndirilməsindən və regionun beynəlxalq tranzit-logistika sistemində rolunun artırılmasından gedir.
Azərbaycanın hərbi-siyasi müstəvidə yaratdığı yeni reallıq diplomatik müstəvidə sülh gündəliyi, beynəlxalq siyasi dəstək və regional əməkdaşlıq təşəbbüsləri ilə tamamlanır. Prezident İlham Əliyevin irəli sürdüyü yanaşmanın mahiyyəti də ondan ibarətdir ki, münaqişənin başa çatması yalnız keçmiş qarşıdurmanın aradan qaldırılması ilə yekunlaşmamalı, region üçün yeni inkişaf və əməkdaşlıq mərhələsinin başlanğıcına çevrilməlidir. Bu baxımdan Vaşinqton razılaşmaları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik, bağlantı və iqtisadi əməkdaşlıq arxitekturasının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Metin Hüseynov - siyasi sərhçi, politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib