Vaşinqtondan başlanan sülh prosesi

Vaşinqtondan başlanan sülh prosesiÖtən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş tarixi görüşün birinci ildönümü tamam olur. Həmin sammit təkcə iki ölkə rəhbərinin növbəti görüşü deyildi. O, Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə kimi yadda qaldı. Vaşinqtonda aparılan danışıqlar bir daha göstərdi ki, tərəflər arasında dialoq davam edir və bölgənin gələcəyini qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq mümkündür.

Vaşinqtonda sülh sazişinin paraflanması, yəni 2 tərəfin yekun sənədi imzalamadan təsdiqləməsi göstərir ki, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Lakin yekun imzanın atılması üçün hələ də prinsipial əhəmiyyət daşıyan məsələ qalır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəaların aradan qaldırılmasıdır.

Bakı uzun müddətdir bəyan edir ki, gələcəkdə yeni hüquqi ziddiyyətlərin yaranmaması üçün bu məsələ elə indi həll edilməlidir. Əslində, söhbət təkcə ölkəmizin mövqeyindən getmir. Ermənistanın özü üçün də hüquqi və siyasi baxımdan ziddiyyətli vəziyyətin aradan qaldırılması vacibdir. Bir tərəfdən sülh sazişi imzalamaq, digər tərəfdən isə əsas qanunda başqa dövlətə qarşı iddiaları saxlamaq davamlı münasibətlər qurmaq baxımından məntiqi görünmür. Bu məsələyə qarşı çıxan qisasçı dairələr konstitusiya dəyişikliyini güzəşt kimi təqdim etməyə çalışırlar. Halbuki məsələ tamamilə fərqlidir. Ermənistan bu addımı, ilk növbədə, öz gələcəyi üçün atmalıdır. Çünki sülh sazişi yalnız Azərbaycanla münasibətləri normallaşdırmayacaq. O, Ermənistanın iqtisadi inkişafı, regional layihələrdə iştirakı və təhlükəsizliyi üçün də yeni imkanlar açacaq.

Vaşinqton sammitindən ötən dövr ərzində Cənubi Qafqazda baş verən proseslər bir daha göstərdi ki, region yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya artıq Cənubi Qafqaza münaqişəli bölgə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika məkanı kimi baxır. Bu isə bütün region ölkələri üçün yeni imkanlar yaradır. Məhz bu baxımdan ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılmış TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi də diqqət mərkəzindədir. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə və Cənubi Qafqazın qlobal ticarət marşrutlarında rolunun artmasına töhfə verməkdir.

Ermənistanın bu prosesdən kənarda qalması onun maraqlarına uyğun deyil. Əksinə, regional kommunikasiyaların açılması ölkəyə uzun illərdir istifadə edə bilmədiyi tranzit üstünlüklərini yenidən qazandırmaq imkanı verə bilər. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Qara, Aralıq dənizləri və Yaxın Şərq istiqamətlərinə çıxış imkanlarını da genişləndirə bilər. Bu isə yalnız siyasi deyil, həm də iqtisadi baxımdan yeni dövrün başlanğıcı deməkdir.
Yeni parlamentin diqqət yetirməli və dəstək verməli olduğu digər mühüm məsələ Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin ardıcıl davam etdirilməsidir. Son illərdə əldə olunmuş razılaşmalar göstərdi ki, tərəflər siyasi iradə nümayiş etdirdikdə nəticə əldə etmək mümkündür. Ayrı-ayrı sərhəd sahələri üzrə görülən işlər də bunun praktik nümunəsidir. Bu prosesin başa çatdırılması gələcəkdə sərhəd insidentlərinin qarşısının alınmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və regionda sabitliyin güclənməsinə xidmət edəcək.

Delimitasiya və demarkasiya yalnız təhlükəsizlik məsələsi deyil. Hüquqi baxımdan dəqiq müəyyən edilmiş sərhədlər iqtisadi əlaqələrin inkişafı, nəqliyyat xətlərinin təhlükəsiz fəaliyyəti və sərhədyanı bölgələrin normal inkişafı üçün də vacib şərtdir. Buna görə də bu prosesin ləngiməsi heç bir tərəfin maraqlarına cavab vermir.

Bu gün Ermənistanın qarşısında bəlkə də son onilliklərin ən mühüm seçimi dayanır. Bu seçim təkcə Nikol Paşinyanın siyasi taleyi ilə bağlı deyil. Söhbət ölkənin gələcək inkişaf modelindən gedir. Əgər yeni hakimiyyət seçicinin verdiyi mandatı doğruldaraq konstitusiyada zəruri dəyişiklikləri həyata keçirsə, Azərbaycanla sülh sazişini imzalasa, delimitasiya və demarkasiya prosesini sürətləndirsə, TRIPP kimi regional təşəbbüslərdə fəal iştirak etsə və Türkiyə ilə münasibətləri normallaşdırsa, Ermənistan uzun illər davam edən regional təcriddən çıxa bilər. Bu halda ölkə yeni investisiyalar cəlb etmək, tranzit imkanlarını genişləndirmək, iqtisadi inkişafı sürətləndirmək və qonşuları ilə sabit münasibətlər qurmaq imkanı əldə edəcək. Əks halda isə bölgədə gedən proseslər yenə də davam edəcək.
Azərbaycan isə regionun əsas iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl addımlar atır və bu siyasəti davam etdirəcək. Kənarda qalmaq riski ilə üzləşən isə Ermənistan olacaq. Buna görə də bu gün İrəvanda veriləcək qərarlar təkcə növbəti 5 ilin deyil, bəlkə də növbəti onilliklərin taleyini müəyyən edəcək. Bu imkan düzgün dəyərləndirilərsə, Cənubi Qafqaz uzun illərdən sonra sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad məkanına çevrilə bilər. Əgər bu fürsət də əldən verilərsə, bundan ən çox zərər çəkən qeyd etdiyimiz kimi, yenə Ermənistan olacaq.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 351   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr