Prezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu

Prezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olunduKolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib.

"Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub.

Prezident Abelardo de la Espriella keçirilən təcili iclasda bütün aidiyyəti qurumlara və hərbi rəhbərliyə bütün resursların dərhal zərər çəkmiş ərazilərə yönəldilməsi barədə tapşırıq verib. Rəsmi fərmanın yaxın saatlarda imzalanacağı gözlənilir.

Kolumbiya lideri həmçinin xilasetmə işlərinə şəxsən rəhbərlik edəcəyini bəyan edib:

"Mən milli cavab tədbirlərinə şəxsən cavabdeh olacağam və fəlakətdən zərər çəkmiş bütün ərazilərdə olacağam".

Qeyd edək ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 111-ə çatıb, 87 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Dağıntılar 5 departamenti əhatə edib, 1575 evin zədələndiyi, bunlardan 37-sinin isə yerlə-yeksan olduğu bildirilir. Həmçinin 6 hava limanının infrastrukturu zərər gördüyü üçün kommersiya uçuşları tamamilə dayandırılıb.

Xatırladaq ki, avqustun 10-u səhər saatlarında Çoko departamentində baş verən 7,4 maqnitudalı zəlzələ paytaxt Boqota, Pereyra və Manisales şəhərlərində də güclü hiss olunmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 270   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb

Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Aİ-nin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı yenidən artıb. xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına görə, iyun ayında Aİ ölkələri Rusiyadan bir il əvvəlkindən 14% daha çox mayeləşdirilmi

10 avqust
.

Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad

9 avqust
.

Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub

Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməs

9 avqust
.

Ana oğluna qoyduğu ada görə həbs olundu

Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda eşitdiyi adı verdiyi üçün həbs olunub. xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 1998-ci ildə baş verib. Kirsti Larsen yeni doğulan oğluna yuxusunda ingilis dilində eşitdiyi adın ivrit dilindəki qarşılığı olan "Geşer" adını vermək istəyib. Lakin həmi

9 avqust
.

Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas

9 avqust
.

ABŞ İranın maliyyə şəbəkəsini HƏDƏFƏ ALDI

ABŞ İranın qlobal maliyyə sistemi vasitəsilə yüz milyonlarla dollar köçürməsinə kömək etdiklərinə görə banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında bildirilib. B

9 avqust
.

"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı

Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərində tarixlə

10 avqust
.

18 yaşlı ana 3 aylıq körpəsini öldürdü

Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy

9 avqust
.

ABŞ Çinin texnologiya sektoruna qarşı yeni cəbhə açır: hədəfdə dronlar, robotlar və süni intellekt infrastrukturu

ABŞ administrasiyası Çin texnologiyalarının Amerika bazarına çıxışını məhdudlaşdırmaq üçün yeni addımlar atır. Vaşinqton xüsusilə dronlar, marşrutlaşdırıcılar, invertorlar, robotlar və məlumat mərkəzlərində istifadə olunan avadanlıqlar üzrə Çin şirkətlərindən asılılığı azaltmağa çalışır. Reuters-ə istinadə

10 avqust