Canavar zənn edib atəş açdı, həyat yoldaşını vurdu
Türkiyənin Elazığ şəhərində kiçikbuynuzlu heyvanlarını canavarlardan qorumaq üçün tövlədə ov tüfəngi ilə növbə çəkən 61 yaşlı M.K. eşitdiyi səsə doğru atəş açıb. Canavar vurduğunu düşünən kişi tövləyə daxil olduqda həyat yoldaşı, 51 yaşlı Hasret Kuşu qanlar içində yerdə tapıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, faciə Elazığ şəhərinin Meşeli kəndində gecə saatlarında baş verib. Məlumata görə, iki gün əvvəl M.K.-nın saxladığı kiçikbuynuzlu heyvanların olduğu tövləyə canavarların girdiyi müəyyən edilib. Buna görə də 61 yaşlı kişi növbəti hücumun qarşısını almaq məqsədilə ov tüfəngi ilə gecələr tövlənin yaxınlığında keşik çəkməyə başlayıb.
Gecə saatlarında tövlədən səs gəldiyini eşidən M.K. canavarların yenidən əraziyə girdiyini düşünüb. O, səsin gəldiyi istiqamətə doğru ov tüfəngi ilə atəş açıb.
Silah səsindən sonra vəziyyəti yoxlamaq üçün tövləyə gedən kişi dəhşətli mənzərə ilə qarşılaşıb. Canavar vurduğunu düşünən M.K. həyat yoldaşı Hasret Kuşu güllə yarası almış vəziyyətdə tapıb.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları göndərilib. Həkimlərin müayinəsi zamanı 51 yaşlı qadının həyatını itirdiyi müəyyən olunub.
Prokurorun hadisə yerində apardığı araşdırmadan sonra Hasret Kuşun cənazəsi yarılma proseduru üçün Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.
Həyat yoldaşının ölümünə səbəb olan M.K. isə jandarma tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 460 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktl
30 avqustŞəhər Xəstəxanasının həyətində meyit tapıldı
Türkiyənin Gaziantep şəhərində Şəhər Xəstəxanasının həyətindəki kolluq ərazidə bir şəxsin meyiti aşkarlanıb. Mərhumun ailəsinin itkin düşməsi barədə polisə məlumat verdiyi 46 yaşlı S.O. olduğu müəyyənləşib. xarici mediya istinadla xəbər verir ki, hadisə Şahinbəy rayonunun İbni Sina məhəlləsində yerləşə
3 sentyabrMəşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
5 sentyabrİstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu
Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. 29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb. İlkin ehtimala görə, qadın yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedibmiş. Hadisə isə məh
1 sentyabrXırdalanda obyektdə güclü yanğın oldu - Video
Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə
4 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası d
5 sentyabrCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqust