Seda Sayan lüks çanta etirafı ilə gündəmə gəldi: "Saxtasını da alıram, nə var ki?"
Türkiyəli məşhur müğənni Seda Sayan lüks məhsullara münasibəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. Sənətçi xüsusilə bahalı çantaların qiymətlərini tənqid edərək orijinal məhsul əvəzinə saxta variantlardan istifadə etdiyini açıq şəkildə bildirib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Seda Sayan orijinal çantaların qiymətlərinin həddindən artıq yüksək olduğunu deyib. O, belə məhsullara minlərlə avro ödəməkdənsə, daha münasib qiymətə saxta variant almağa üstünlük verdiyini söyləyib.
Müğənni Parisdə başına gələn hadisəni də danışıb. İstifadə etdiyi çantanın fermuarı ilə bağlı yaşadığı hadisəni xatırladan Sayan bildirib ki, çantanın saxta olduğunu qarşı tərəf belə asanlıqla anlamayıb.
Sayan lüks çantaların qiymətləri ilə bağlı fikrini belə ifadə edib: "5-10 min avro verməyin. Gedib saxtasına pul verərik, əslinə əsla."
Məşhur sənətçi daha sonra "Mən saxta da istifadə edirəm. Gözəldirsə, alıram. Nə var ki?" deyərək bu seçimindən çəkinmədiyini vurğulayıb.
Sayan orijinal çantanın qiyməti 5 min avro olduğu halda həmin məbləği ödəməyəcəyini də bildirib: "Saxta çanta istifadə edirəm! Orijinalı 5 min avrodursa, vermərəm. Dəliyəm mən? Pulu asan qazanmıram"
Müğənni bir çox məhsulda saxta variantlara üstünlük verə biləcəyini desə də, saat məsələsində fərqli düşündüyünü və bu seçimə getmədiyini qeyd edib.
Seda Sayanın açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub və lüks məhsulların yüksək qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrPünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24 sentyabr"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi
25 sentyabrSupermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley
25 sentyabrGeorgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabr