Küçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdü

Küçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdüTürkiyənin Aydın vilayətinin Efeler rayonunda yol qəzası baş verib. Svetoforda dayanan avtomobillərə salfet və su satdığı bildirilən 68 yaşlı Günay Çimentepe avtomobilin vurması nəticəsində həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində, Otoban qovşağında baş verib. Məlumata görə, E.Y.-nin idarə etdiyi 06 EMY 408 dövlət nömrə nişanlı yük avtomobili naməlum səbəbdən qovşaqda olan Çimentepəyə çarpıb.

Zərbənin təsirindən ağır yaralanan qadına hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları müdaxilə edib. Ürəyi dayanan Çimentepe aparılan ürək masajından sonra həyata qaytarılıb və Aydın Şəhər Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, 68 yaşlı qadın xəstəxanada vəfat edib.

Qəza ilə bağlı araşdırma davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 396   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatası d

5 sentyabr
.

Turistin taksi kabusu! Soyub soğana çevirdilər

İstanbulun Karaköy rayonunda taksiyə minən kanadalı turist Alex Soliman avtomobildə olan iki qadın tərəfindən qarət edildiyini və bıçaqla yaralandığını iddia edib. Bu barədə xarici mediaya istinadla xəbər verir. Solimanın sözlərinə görə, qadınlar taksinin qapılarını kilidləyərək ondan 6 min 500 lir

31 avqust
.

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc

30 avqust
.

Geyindiyi köynəyə görə döyüldü - VİDEO

Braziliyada universitetə nasist təşkilatı Waffen-SS-in kəllə (Totenkopf) emblemi olan köynəklə gələn tələbə digər tələbələrin reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, nasist simvolunu görən çoxsaylı tələbə qrupu ilə həmin şəxs arasında başlayan mübahisə qısa müddətdə davay

28 avqust
.

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini

30 avqust
.

Keçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO

Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd

27 avqust
.

Dənizdə boğulma təhlükəsi keçirən müəllim 8 gün sonra həyatını itirdi

Türkiyənin Samsun şəhərinin 19 Mayıs rayonunda sərinləmək üçün dənizə girən ibtidai sinif müəllimi İbrahim Çakmak boğulma təhlükəsi keçirib. Xəstəxanaya yerləşdirilən müəllim 8 gün davam edən həyat mübarizəsindən sonra dünyasını dəyişib. xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 26-d

3 sentyabr
.

Niderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO

Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni

28 avqust
.

Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb. "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib. Faktl

30 avqust