Palma yağının istifadəsi bu riskləri yarada bilər - AÇIQLAMA

Palma yağının istifadəsi bu riskləri yarada bilər - AÇIQLAMAAzərbaycanda kərə yağı idxalı və istehsalının azalması fonunda palma yağı idxalının kəskin artması qida bazarında istehlak və istehsal strukturunda dəyişikliklərin baş verdiyini göstərir. 2026-cı ilin ilk yarısında palma yağı və onun bərk fraksiyalarının idxalı 14,6 min tona çataraq illik müqayisədə 19,5 dəfə artıb.

Bəs, palma yağına tələbatın artmasının səbəbləri nələrdir, onun süd məhsulları və şirniyyatlarda istifadəsi istehlakçı üçün hansı riskləri yarada bilər və alıcı məhsulun tərkibində palma yağının olduğunu necə müəyyən edə bilər?
Palma yağının istifadəsi bu riskləri yarada bilər - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, Azərbaycanda kərə yağı istehsalı və idxalı azaldığı bir vaxtda palma yağı idxalının artması qida bazarında müəyyən dəyişikliklərin getdiyini göstərir.

"Məsələyə birmənalı yanaşmaq olmaz ki, palma yağı zərərlidir, kərə yağı isə faydalıdır. Bu cür yanaşma düzgün deyil. Əsas məsələ istehlakçının aldığı məhsulun tərkibini bilməsi və eyni zamanda yerli kərə yağı istehsalının artırılmasıdır. Palma yağının qida sənayesində geniş istifadə olunmasının əsas səbəblərindən biri onun nisbətən ucuz olması, texnoloji baxımdan əlverişli xüsusiyyətlərə malik olması və məhsulda sabit konsistensiya yaratmasıdır. Xüsusilə şirniyyat, krem, vafli və süd məhsullarında istifadə olunur. Palma yağından istifadə məhsulun xarici görünüşünün, formasının və teksturasının qorunmasına xidmət edir".

Ekspert bildirib ki, məhsulun tərkibində bitki yağı istifadə olunursa, bu, istehlakçıya birmənalı şəkildə bildirilməlidir:

"Məhsulun üzərində sadəcə "bitki yağı", "bitki yağları" və ya "bitki tərkibli yağ" yazmaq istehlakçının hüquqlarının pozulmasına səbəb ola bilər. İstehlakçı hansı yağdan istifadə edildiyini dəqiq bilməlidir. Palma yağının tamamilə qadağan edilməsi də düzgün yanaşma deyil. Çünki elə şirniyyat məhsulları var ki, onların istehsalında kərə yağından istifadə texnoloji baxımdan mümkün olmur. Amma palma yağından və ümumilikdə doymuş yağlarla zəngin, yüksək şəkər və kalorili məhsullardan mütəmadi və həddindən artıq istifadə, təbii ki, arzuolunan deyil. Ümumdünya Səhiyyə Təşkilatı da doymuş yağların qəbulunun məhdudlaşdırılmasını tövsiyə edir. Ərimə temperaturunda da fərqlər var. Təbii süddən alınmış kərə yağı təxminən 22-23 dərəcə temperaturda əriyə bilir. Palma yağının isə ərimə temperaturu daha yüksəkdir və bədən temperaturunda kərə yağı kimi ərimir".

Onun sözlərinə görə istehlakçılar ilk növbədə etiketlənmə məsələsinə diqqət yetirməlidirlər:

"Məhsulun tərkib hissələrində "palma yağı", "palma çəyirdəyi yağı", "bitki yağı", "bitki yağları" və digər oxşar ifadələrə diqqət etmək lazımdır. Əgər məhsul kərə yağı adı ilə satılırsa, onun tərkibi də buna uyğun olmalıdır. Məsələn, məhsulun üzərində onun 82 faiz kərə yağı olduğu göstərilirsə, bu, tərkibinə uyğun olmalıdır. Əgər məhsulun üzərində "kərə tərkibli yağ", "kərə ətirli yağ", "kərəyə yaxın yağ" kimi ifadələr yazılırsa, burada istehlakçı xüsusilə diqqətli olmalıdır. Məhsul kərə yağı deyilsə və tərkibində kərə yağı yoxdursa, onun kərə yağı təsiri yaradan ifadələrlə təqdim edilməsi düzgün deyil. Burada maarifləndirmə məsələsinə də daha ciddi yanaşmaq lazımdır. Məqsəd palma yağının istehsalını tamamilə dayandırmaq deyil. Əsas məqsəd istehlakçının məhsulun tərkibi barədə düzgün və tam məlumatlandırılmasıdır".

Ekspert qeyd edib ki, eyni zamanda Azərbaycanda südçülüyün inkişaf etdirilməsi və kərə yağı istehsalı ilə məşğul olan fermerlər üçün daha əlverişli şərait yaradılması vacibdir:

"Bu istiqamətdə AQTA tərəfindən müəyyən tədbirlər həyata keçirilə bilər. Mən dəfələrlə qeyd etmişəm ki, AQTA özünü yalnız cərimə yazan və yoxlayıcı qurum kimi deyil, həm də insanların, fermerlərin və kənd təsərrüfatı ilə məşğul olan şəxslərin dəstəkçisi kimi göstərməlidir. Əlbəttə, marketlərdə və digər obyektlərdə yoxlamalar aparılmalıdır. Amma bununla yanaşı, təbii qida istehsalı ilə məşğul olan insanların yanında olmaq və onlara müəyyən dəstək göstərmək də məqsədəuyğundur. Çünki qida məsələsi insan həyatı və sağlamlığı baxımından ən vacib amillərdən biridir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 490   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən

29 oktyabr
.

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad

29 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo

29 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr