Azərbaycan-Özbəkistan əlaqələri: Tarixi kontekst,sıxılan əllər, örnək model
Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. İki ölkə münasibətləri tarixi, milli və mədəni yaxınlığa əsaslanır.
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən siyasi şərhçi Kazım Kazımov bu əlaqələrin əhəmiyyətindən danışıb:
"Azərbaycan və Özbəkistan arasında münasibətlər hələ Sovet İttifaqı dövründə mövcud olmuşdur. Çünki hər iki ölkə SSR-nin müttəfiq respublikalarından olmuşdur. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Özbəkistan müstəqil ölkələrə çevrildilər və ilk təmaslar 1995-ci ildə qurulmuşdur. O dövürdən bu tərəfə əlaqələr inkişaf etmişdir. Lakin son illərdə Azərbaycan-Özbəkistan arasında münasibətlər klassik ölkələrarası münasibətdən çox artıq müttəfiqliyə ,strateji tərəfdaşlığa çevrilmişdir. Bunun isə bir çox səbəbləri var, birincisi Azərbaycanın 2000-ci illərin əvvəllərindən sürətli inkişafı, dinamik xarici siyasət yürütməsi Azərbaycanı keçmiş sovet ölkələri arasında institusional inkişaf modelini quran və dünyada müəyyən bir orta güc səviyyəsinə çatdıran ölkələrin birinə çevirdi. Və Özbəkistan da indi 2010-cu ilin sonlarından etibarən bu yolu tutmuşdur. Sürətli inkişaf modelini Özbəkistan indi həyata keçirir və Azərbaycan həm keçmiş sovet mirası, həm türk dünyasının bir üzvü olması və Azərbaycanın coğrafi olaraq bu qədər Mərkəzi Asiyaya yaxın bir regionda örnək inkişaf ortaya qoymağı şübhəsiz ki, Orta Asiya ölkələri üçün də bir rol model olmuşdur".
Politoloq iki dost ölkə arasında milli maraqların əsas vacib amil olduğunu xüsusi olaraq diqqətə çatdırdı:
"Əlbəttə ki,burada milli maraqlar söhbəti var ki Mərkəzi Asiya, ələlxüsus Özbəkistan -Azərbaycan üçün mühüm bazardır. Bugün biz Özbəkistan-Azərbaycan arasında əlaqələrin, iqtisadi əlaqələrin nə qədər dərinləşdiyini görürük. Loqistika, tranzit əlaqləri dərinləşir, habelə Mərkəzi Asiya üçün Azərbaycan Cənubi Qafqaza və Avropaya çıxışdır. Mən hesab edirəm ki,bütün bu səbəblər tarixi, dini, milli, etnik, yaxınlıq və habelə coğrafi yaxınlıq və hər iki ölkənin artıq yeni dövrə, XXI əsrdə sürətli inkişaf modelini tətbiq etməsi ölkələrimiz arasında klassik əlaqələri stratejik əlaqələrə müttəfiqlik səviyyəsinə yüksəltmişdir"
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 292 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabr"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən
29 oktyabrGənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad
29 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrKolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrSahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30 oktyabrSərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabrŞəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30 oktyabr