Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Sakit okeanda "El Nino" hadisəsinin son 150 ilin ən güclüsü olacağı barədə xəbərdarlıqlar artır. Proqnozlara görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək 2027-ci ilin rekord isti illərdən biri olmasına səbəb ola bilər.
Bəs "El Nino" nədir və onun güclənməsi hava şəraitinə necə təsir göstərə bilər? 2027-ci ildə bizi anomal istilər, quraqlıq və digər ekstremal hava hadisələri gözləyirmi?
Globalinfo.az-a danışan iqlimşünas, ekoloq Məhərrəm Mehdiyev deyib ki, bu məsələdə alimlər də, praktiklər də, elmi tədqiqat aparan mütəxəssislər də ikitərəfli fikirlər səsləndirirlər:
"Yəni bəziləri hazırda alimlərin verdiyi proqnozları dəstəkləyir, bəziləri isə bu məsələyə bir qədər skeptik yanaşır. Mənim apardığım tədqiqatlar və əldə etdiyim biliklər onu göstərir ki, rekord istilərlə bağlı gözləntilər bir qədər şişirdilib. İstilər ola bilər, ancaq bunun rekord həddə çatacağı, fikrimcə, o qədər də gözlənilən deyil".
"El Nino" hadisəsinə gəlincə, ekoloq bildirib ki, bu hadisə Sakit okeanda, Çili sahillərinə yaxın ərazidə baş verir:
"Orada isti hava kütləsi yaranır. Bunun necə formalaşması ilə bağlı isə hələ də tam dəqiq və sübut olunmuş məlumatlar yoxdur. Hesab olunur ki, Sakit okeanda yaranan isti hava kütləsi Amerika qitəsinə doğru hərəkət edir, Karib adaları və ekvatoru keçərək Avropaya, daha sonra isə bizim tərəflərə gəlib çatır.
"El Nino" ümumilikdə, Sakit okeanın Çili sahillərinə yaxın ərazilərində baş verən istiləşmə hadisəsidir. Güman edilir ki, hazırkı "El Nino" ilə bağlı məlumatlar ötən ilin sentyabr-oktyabr aylarında əldə edilmiş və açıqlanmışdı. Bu hadisənin ömrü təxminən 11-12 ay çəkir. Beləliklə, onun rekord həddə çatması ilə bağlı ciddi şübhələrimiz var. Çünki "El Nino" hadisəsindən sonra "La Nina" hadisəsi baş verir ki, bu da temperaturu yumşaldaraq soyuma istiqamətində dəyişiklik yaradır".
İqlimşünas hesab edir ki, qarşıdakı dövrdə müşahidə olunacaq temperatur təxminən indiki istilər səviyyəsində olacaq:
"Sentyabrın 15-20-nə qədər temperaturun təxminən 25-30 dərəcə arasında qalacağı ehtimal olunur. Bakıda isə vəziyyət bir qədər fərqlidir, çünki burada bürkü yüksəkdir. Rütubət artdıqca dənizin istiliklə əlaqədar buxarlandırdığı nəm havadakı istiliyin təsirini saxlayır və bu proses oktyabra qədər davam edə bilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 12596 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrKəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü
Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
29 oktyabr"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən
29 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrCeyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nun sorğusun
29 oktyabrMaaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd
30 oktyabrNoyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir
30 oktyabr