Gənclərdə xərçəngin bu növü AŞKARLANIR: Səbəb nədir? - AÇIQLAMA
Bağırsaq xərçənginin daha gənc yaşlarda aşkarlanması son illərdə diqqət çəkən tendensiyalardandır. Bunun səbəbləri tam müəyyən edilməsə də, ailəvi-genetik faktorlarla yanaşı, qidalanma, artıq çəki, fiziki passivlik, siqaret və bağırsağın xroniki iltihabi xəstəlikləri risklə əlaqələndirilir.
Bəs, gənclər hansı əlamətlərə diqqət etməli, hansı hallarda həkimə müraciət etməlidirlər və xəstəliyin erkən aşkarlanması müalicənin nəticələrinə necə təsir edir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, yaşla əlaqədar olaraq Azərbaycan insanlarının həyat tərzinə və qida rejiminə fikir versək, görərik ki, insanlar daha çox kalorili, ağır, ət yeməklərinə, gec həzm olunan qidalara meyllidirlər.
"Xüsusilə gənclər arasında fast-food, ağır və gec həzm olunan yeməklərə üstünlük verilməsi müşahidə olunur. Metabolik sindromu, köklüyü və oturaq həyat tərzi olan insanlarda hərəkətsizlik, adinamiya və digər bu kimi amillər bir sıra xəstəliklərə yol aça bilər. Amma 40 yaşdan yuxarı şəxslərdə, xüsusilə qəbizliyə və ya ishala meyllilik, bağırsaq sancıları və digər bu kimi problemlər olduqda, mütəmadi müayinələrdən keçmək məsləhət görülür. Erkən diaqnostika müalicə baxımından çox vacibdir. Bağırsaq xərçənginin daha erkən yaşlarda aşkarlanması da mümkündür. Erkən diaqnostika, öz növbəsində, erkən müalicəyə imkan yaradır. Operativ müdaxilədən sonra əlavə metastazların qarşısının alınması xəstənin uzunmüddətli yaşamasına və həyat keyfiyyətinin yaxşılaşmasına səbəb ola bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1700 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir
"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər
27 sentyabrAllergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?
Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı
2 oktyabrQışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26 sentyabrPula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Orqan donorluğu həyati əhəmiyyət daşıyan tibbi prosedur olsa da, donor üçün də müəyyən sağlamlıq riskləri yarada bilər. Əməliyyatın özü, bərpa dövrü və orqan funksiyasındakı dəyişikliklər donorun sağlamlıq vəziyyətindən və hansı orqanın bağışlanmasından asılı olaraq müxtəlif fəsadlara səbəb ola bilər
25 sentyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrPayızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?
Soyuq havaların başlaması ilə səhərlər oyanmaq çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Breyqer bildirib ki, qışda orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Qaynarinf
2 oktyabrBu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22 sentyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabr