Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film
Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur.
Lent.az payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir.
"Harri Salli ilə tanış olanda" (1989)
Rejissor Rob Raynerin ekranlaşdırdığı və baş rollarda Meq Rayanla Billi Kristalın yer aldığı bu romantik komediya payız ab-havasını əks etdirən məşhur filmlərdən biridir.
Harri və Salli gənc yaşlarında tanış olur, sonrakı illərdə isə yolları dəfələrlə kəsişir. Nyu-Yorkun Mərkəzi Parkı, saralmış yarpaqlar, rahat kafelər və sevgi haqqında söhbətlər filmi payız axşamı üçün ideal seçimə çevirir.
"Sizə məktub var" (1998)
Meq Rayanın rol aldığı digər məşhur romantik film də Nyu-Yorkda, payız fəslində çəkilib.
Filmin qəhrəmanı kiçik kitab mağazasının sahibidir və tanımadığı bir kişi ilə internet vasitəsilə romantik yazışmağa başlayır. Lakin real həyatda həmin şəxsin onun biznes rəqibi olduğu ortaya çıxır.
Kitab mağazaları, kafelər, şəhər gəzintiləri və gözlənilməz sevgi hekayəsi filmi sakit və romantik axşam üçün uyğun seçim edir.
"Ölü şairlər cəmiyyəti" (1989)
Daha ciddi və düşündürücü film izləmək istəyənlər üçün Piter Uirin Robin Uilyamsın baş rolda çəkildiyi dramı tövsiyə olunur.
Filmdə müəllim Con Kitinq şagirdlərinə sərbəst düşünməyi, ədəbiyyatı sevməyi və öz seçimlərindən qorxmamağı öyrədir.
Köhnə məktəb binası, payız mənzərələri və yeni dərs ilinin başlanğıcı filmə xüsusi atmosfer verir. Bununla yanaşı, ekran işi emosional baxımdan daha ağır olduğundan hər kəs üçün rahat axşam filmi sayılmaya bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 33 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçəklərin dibinə yarım stəkan tökün: Küsən çiçəyi canlandırır
Ev ən gözəl nöqtəsində yerləşdirilməsinə baxmayaraq, ara-sıra çiçəklər küsür, yarpaq saraldıb çiçək açmağı dayandırır. Əksər hallarda əhəngli kran sularının zərərli təsirlərindən qaynaqlanan bu solma prosesini tərsinə çevirmək isə zənn edildiyi qədər çətin deyil. Bitki mütəxəssislərinin tövsiyə etdiy
5 sentyabrSon 1000 ilin ən güclü El-Ninosu: gələn il rekord istilər olacaq
BMT-nin məlumatına görə, El-Nino iqlim fenomeni "gözümüzün qarşısında güclənir". xəbər verir ki, son proqnozlara əsasən, bu hadisənin temperatur rekordlarını yeniləyəcəyi və ən azı son 100 ilin ən güclü El-Nino hadisəsinə çevriləcəyi gözlənilir. Bu proses qlobal istiləşmə səbəbindən onsuz d
4 sentyabrStress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlər stresli vəziyyətlərin daha nəzarətli şəkildə idarə olunmasına kömək edə bilər
6 sentyabrEşşək dərisinə BÖYÜK TƏLƏBAT, milyonlarla heyvan qətl edilir - ARAŞDIRMA
Bir vaxtlar kənd təsərrüfatında yük daşıyan, su gətirən və insanların gündəlik işini asanlaşdıran eşşək son illərdə gözlənilmədən milyardlarla insanın diqqətindən kənarda qalan böyük bir beynəlxalq ticarətin mərkəzinə düşüb. Maraqlısı budur ki, bu ticarətdə əsas qiymətli məhsul nə ət, nə də süddür. Ə
3 sentyabrİki ayının yayda qar üzərində sürüşüb göldə çimməsi kameraya düşdü - VİDEO
Türkiyənin Toros dağlarının yüksək ərazilərində qarların ərimədiyi bölgədə iki ayının görüntüləri diqqət çəkib. Qar üzərində sürüşərək kiçik gölməçəyə girən ayılar daha sonra yaşıllıq ərazidə oynayaraq ətrafdakı vətəndaşlara rəngli anlar yaşadıblar. xarici mediaya istinadla xəbər verir ki, yay fəslini
4 sentyabrDanimarka arxeoloqları torpaq altındakı artefaktları tapan kamera yaradıblar
Danimarkanın Orhus Universiteti və Mosqord Muzeyinin arxeoloqları torpaq qatlarında görünməyən artefaktları axtarmaq üçün yeni, ucuz bir kamera hazırlayıblar. LED ekran və "Raspberry Pi" mikrokompüterindən istifadə edən cihaz tarixi yerləri məhv etmədən torpaq təbəqələrini ayırd etməyə və qədi
4 sentyabrBu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
4 sentyabrQayınananın ərini qucaqlayan gəlinə hərəkəti müzakirə yaratdı - VİDEO
Ad günü qeyd edən cütlüyün romantik anlarına qayınananın müdaxiləsi sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, yayılan görüntülərdə kişinin həyat yoldaşı ilə birlikdə ad günü tortunun qarşısında səmimi anlar yaşadığı görünür. Cütlük kamera qarşısında birlikdə poza verməyə hazırlaşarkən gözlənilmə
5 sentyabrİmtahana gecikən namizəd yalınayaq qaçdı, amma içəri buraxılmadı - VİDEO
Türkiyədə Dövlət Qulluğu üzrə Personal Seçim İmtahanının (2026-KPSS) bakalavr səviyyəsi üzrə Ümumi Bacarıqlar-Ümumi Mədəniyyət sessiyası keçirilib. xarici mediaya istinadla xəbər verir ki, imtahan günlərində tez-tez rast gəlinən görüntülər bu dəfə də yaşanıb. İmtahana gecikən namizədlərdən biri başmaqların
7 sentyabr