Münasibətin bitdiyini göstərən 7 gizli əlamət
Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir.
Lent.az bu 6 əsas əlaməti təqdim edir:
1. Söhbətlər əvvəlki qədər səmimi deyil
Əvvəllər gün ərzində başına gələnləri, planlarını, problemlərini və hisslərini sizinlə bölüşən partnyorunuz artıq yalnız gündəlik və zəruri mövzulardan danışırsa, bu emosional uzaqlaşmanın əlaməti ola bilər. "Nə yeyəcəyik"?, "Saat neçədə gələcəksən"? kimi qısa söhbətlər qalır, şəxsi və dərin mövzular isə azalır.
2. Sizinlə vaxt keçirməyə həvəsi azalır
Birlikdə film izləmək, gəzintiyə çıxmaq, söhbət etmək və ya sadəcə eyni məkanda vaxt keçirmək münasibətin emosional bağını gücləndirir. Partnyorunuz getdikcə daha çox tək qalmağa, dostlarla vaxt keçirməyə və ya telefonla məşğul olmağa üstünlük verirsə, münasibətdə məsafə yarana bilər.
3. Problemlərinizə əvvəlki kimi maraq göstərmir
Sevgi münasibətində insan qarşı tərəfin narahatlığına və sevincinə emosional reaksiya verir. Əgər partnyorunuz problemlərinizi dinləməkdən yayınır, sizi tez-tez "şişirdirsən" və ya "boş ver" kimi sözlərlə yola verirsə, bu, emosional əlaqənin zəiflədiyini göstərə bilər.
4. Fiziki yaxınlıq azalır
Emosional uzaqlaşma çox vaxt fiziki yaxınlığa da təsir edir. Burada söhbət yalnız intim münasibətdən getmir. Qucaqlaşmaq, əl-ələ tutmaq, toxunmaq, yanaqdan öpmək kimi gündəlik yaxınlıq formalarının azalması da diqqət çəkə bilər. Əgər əvvəllər təbii olan bu davranışlar birdən yoxa çıxırsa, bunun səbəbini araşdırmaq faydalıdır.
5. Mübahisə etmək belə istəmir
İlk baxışdan mübahisələrin azalması müsbət görünə bilər. Lakin partnyor artıq problemi həll etmək üçün danışmaq, fikir bildirmək və ya münasibəti düzəltmək üçün səy göstərmək istəmirsə, vəziyyət fərqlidir. Bəzən "mənə fərqi yoxdur", "necə istəyirsən elə et" kimi reaksiyalar insanın münasibətdən daxilən uzaqlaşdığını göstərə bilər.
6. Gələcək planlarında sizi daha az nəzərə alır
Sağlam münasibətlərdə tərəflər gələcək haqqında danışarkən bir-birini planlarının bir hissəsi kimi görür. Partnyorunuz gələcək planlarını əsasən tək qurmağa başlayırsa, vacib qərarları sizinlə məsləhətləşmirsə və ortaq planlara maraq göstərmirsə, münasibətdə emosional məsafə yaranıb. Bu əlamətlərdən yalnız birinin olması münasibətin mütləq bitdiyi anlamına gəlmir.
İnsan iş stressi, ailə problemləri, yorğunluq və ya şəxsi çətinliklər səbəbindən də bir müddət özünə qapana bilər. Ancaq bir neçə əlamət uzun müddət davam edirsə, partnyorla açıq və ittihamsız şəkildə danışmaq münasibətin hansı mərhələdə olduğunu anlamağa kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 194 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
Duş başlıqlarında zamanla yığılan ərp suyun axışını azaldır, başlıqdakı dəliklərin də tutulmasına səbəb olur. Təmizlikdə adətən sirkə və ya sodadan istifadə edilsə də, ərpi aradan qaldırmaq üçün fərqli bir məhsuldan da istifadə oluna bilər. Sitrik turşu duş başlığındakı ərpi həll etmək üçün istifad
6 sentyabr40 yaşlı məşhur müğənni beşinci uşağına hamilədir
Məşhur müğənni Siara beşinci uşağına hamilədir. -ın xəbərinə görə, bu barədə pop ifaçı öz "Instagram" hesabında məlumat verib. 40 yaşlı Siara yuvarlaq qarnı ilə poza verdiyi fotosunu paylaşıb. Müğənni kamera qarşısına ağ rəngdə dar mayka, mavi rəngdə geniş cins şalvar və qızılı zinət əşyalar
7 sentyabrBu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
4 sentyabrMünasibətin bitdiyini göstərən 7 gizli əlamət
Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir
7 sentyabrƏhvalı yaxşılaşdırmağın gözlənilməz yolu müəyyən edilib
Alimlər müəyyən ediblər ki, vəhşi quşları yemləmək insanların özünü daha yaxşı hiss etməsinə əhəmiyyətli dərəcədə kömək edir. AMBIO jurnalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən vəhşi quşları yemləyən insanların 95 faizi bunun müsbət təsirini hiss etdiyini bildirib. Quşları yemləmək təbiətl
7 sentyabrSmartfonu folqaya büksək nə baş verər? - Maraqlı təcrübə
Android smartfonla aparılan təcrübə göstərib ki, telefonu alüminium folqaya bükməklə simsiz əlaqəni müəyyən qədər bloklamaq mümkündür. Bunun əsasında isə real fiziki prinsip dayanır. Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, alüminium folqa yalnız qidaların təzəliyini qorumaq üçün istifadə edilmir
7 sentyabrİstifadə olunmuş çay paketlərini niyə soyuducuya qoymaq lazımdır?
Çay içdikdən sonra insanların əksəriyyəti istifadə olunmuş çay paketini zibil qutusuna atır. Ancaq mütəxəssislər bildirirlər ki, onu məişətdə faydalı şəkildə istifadə etmək mümkündür. xəbər verir ki, soyuducunun qapısını açan kimi balıq, soğan, hazır yeməklər və ya uzun müddət qalan məhsulların xoşagəlmə
6 sentyabrHəzm problemi ilə həkimə getdi - Qarnından 17 kq-lıq şiş çıxdı
Rusiyanın Yekaterinburq şəhərində həkimlər uğurlu əməliyyatla qadının qarın boşluğundan 17 kiloqramlıq nəhəng şiş çıxarıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadın uzun müddət çəkisinin artmasına əhəmiyyət verməyi
5 sentyabr3 gün 3 gecə davam edən toydan sonra gəlin qaçdı - ŞOK VİDEO üzə çıxdı
Türkiyənin Muğla vilayətinin Milas rayonunda üç gün üç gecə davam edən toy mərasimindən sonra 5 milyon lirə dəyərində qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxdığı iddia edilən özbək gəlinlə bağlı yeni görüntülər yayılıb. -un xəbərinə əsasən, məlum olub ki, gənc qadın (Mamura Burkhanova) toy mərasimində
6 sentyabr