Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu müəyyən edilib

Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu müəyyən edilibAlimlər müəyyən ediblər ki, vəhşi quşları yemləmək insanların özünü daha yaxşı hiss etməsinə əhəmiyyətli dərəcədə kömək edir.

Oxu.Az AMBIO jurnalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən vəhşi quşları yemləyən insanların 95 faizi bunun müsbət təsirini hiss etdiyini bildirib.

Quşları yemləmək təbiətlə əlaqəli ən geniş yayılmış məşğuliyyətlərdən biridir. Təkcə ABŞ-də təxminən 56 milyon yetkin insan bununla məşğul olur. Alimlər təbiətlə təmasın psixika üçün faydalı olduğunu uzun müddətdir ehtimal edirdilər, lakin belə sadə vərdişin nə dərəcədə fayda verdiyi məlum deyildi.

Virciniya Politexnik İnstitutunun əməkdaşı Kelli Lanqhansın rəhbərlik etdiyi tədqiqatçılar altı ay ərzində yem qablarının qarşısında quşları müşahidə ediblər. Alimlər həmin dövrdə quşların yemlənməsinin və digər əhəmiyyətli həyat hadisələrinin insanların rifahına təsirini müqayisə ediblər.

Məlum olub ki, iştirakçıların 95 faizi quşları yemləməyin rifahlarına müsbət təsir etdiyini bildirib. Digər həyat hadisələri ilə bağlı bu göstərici isə 55 faiz olub.

Tədqiqatçılar quşları yemləməyin üç əsas faydalı mexanizmini müəyyənləşdiriblər: sevinc və sakitlik kimi müsbət emosiyalar; insanın quşları maraq və həvəslə müşahidə etməsi nəticəsində yaranan maraq və prosesə cəlbolunma; həmçinin quşlara kömək etmək və ya elmə töhfə verməkdən yaranan məna hissi.

Bununla belə, alimlər xatırladırlar ki, quşları düzgün şəkildə - uyğun yemlə və yem qablarını təmiz saxlayaraq - bəsləmək lazımdır ki, onlara zərər dəyməsin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 127   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşusunu o halda görüb fotosunu paylaşdı: "Demək, tək deyilmişəm"

Türkiyədə sosial mediada paylaşılan bir fotoşəkil boşanma prosesində olan cütlüklərin yaşadığı problemləri yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, bir vətəndaş boşanma mərhələsində olan qonşusunun gecəni evinin qarşısında park etdiyi avtomobildə keçirdiyini görüb. O, həmin anı

4 sentyabr
.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

4 sentyabr
.

Uşaqlar və yeniyetmələr üçün təhlükəli saç prosedurları AÇIQLANDI

"Qıcıqlanma və allergiya riskinin yüksək olması səbəbindən uşaqlar və yeniyetmələr saçlara intensiv kimyəvi və ya termik təsir tələb edən prosedurları ən azı 16 yaşadək təxirə salmalıdırlar". xəbər verir ki, bunu -ya rusiyalı dermatoloq Sofiya Titova deyib. Həkimin sözlərinə görə, yeniyetməli

6 sentyabr
.

210 milyon illik yeni dinozavr növü kəşf edildi

Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur. "Qafqazinfo"

3 sentyabr
.

Ən sağlam doğrama taxtası bəlli oldu

Mətbəxlərdə demək olar ki, hər gün istifadə edilən doğrama taxtaları ilə bağlı diqqətçəkən bir araşdırma aparılıb. Taxta və plastik doğrama taxtalarının müqayisə edildiyi araşdırmada taxta olanların gigiyena baxımından daha avantajlı olduğu ortaya çıxıb. xəbər verir ki, xüsusilə plastik taxtalarda zamanl

5 sentyabr
.

Toyda bəyin dostlarının zarafatı müzakirə yaratdı - VİDEO

Toy mərasimlərindən birində bəyin dostlarının gəlinlə bağlı etdiyi maraqlı zarafat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, xınayaxdı mərasimi zamanı gözlənilməz səhnə yaşanıb. Gəlindən başqa bəy üçün də bu mərasim icra edilib. Daha sonra bəyin dostları onun ətrafında dövrə vurara

5 sentyabr
.

Sünnət toyunda qeyri-adi görüntülər: Ana taxtda, rəqqasə əlində canlı ilanla - VİDEO

Türkiyədə keçirilən sünnət mərasimlərindən birində lentə alınan görüntülər mərasimin özündən çox nümayiş etdirilən dəbdəbə ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, sünnət uşağının anası salona böyük bir taxtın üzərində daxil olub. Mərasimə isə əlində canlı ilan tutan rəqqasənin şous

4 sentyabr
.

Qaynananız sizə bu 6 hədiyyəni versə, götürməyin

Gəlin və qayınana münasibətləri hər zaman ailə daxilində ən çox müzakirə olunan mövzulardan biri olub. Xalq inanclarında isə yalnız söz və davranışların deyil, insanların bir-birinə verdiyi bəzi əşyaların da ailə münasibətlərinə təsir göstərə biləcəyinə inanılıb. xəbər verir ki, qədim inanclara görə

4 sentyabr
.

Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu müəyyən edilib

Alimlər müəyyən ediblər ki, vəhşi quşları yemləmək insanların özünü daha yaxşı hiss etməsinə əhəmiyyətli dərəcədə kömək edir. AMBIO jurnalına istinadən xəbər verir ki, araşdırmada iştirak edən vəhşi quşları yemləyən insanların 95 faizi bunun müsbət təsirini hiss etdiyini bildirib. Quşları yemləmək təbiətl

7 sentyabr