Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
Tədqiqatçılar rəvayətlərə görə Türkiyə ərazisində yerləşən Nuhun gəmisinin sirrini açmaq istiqamətində növbəti mühüm addımı atıblar.
"Qafqazinfo" xəbər verir ki, bu barədə arxeoloq Endryu Cons "İzvestiya" nəşrinə müsahibəsində bildirib.
Arxeoloqun sözlərinə görə, axtarış aparılan ərazidə gəmi formasını xatırladan obyekt aşkar edilsə də, onun mənşəyi hələlik tam dəqiqləşməyib.
"Biz bunun torpaq qatı altında qalaraq dağılan Nuhun gəmisinin qalıqları ola biləcəyini düşünürük", - deyə Cons qeyd edib.
Alim əlavə edib ki, georadar skanlaması nəticəsində obyektdə düz bucaqlar, dəhlizlər və ehtimal olunan daxili bölmələr üzə çıxarılıb. Bu fakt strukturun sadəcə təbii qaya çıxıntısı olması versiyasını şübhə altına alır.
Consun bildirdiyinə görə, bu əraziyə ilk dəfə hələ 1959-cu ildə xəritəşünas İlhan Durupınar diqqət çəkib və yerin koordinatları İncildəki (Müqəddəs kitab) təsvirlərlə üst-üstə düşür.
Tədqiqatçılar artıq GPS xəritələndirməsini aparıb və analiz üçün torpaq nümunələri götürüblər. Beynəlxalq layihədə ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də təmsil olunurlar.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə Nuhun gəmisini axtaran alimlər ərazidə anomal boşluqların təsbit edildiyini bildirmişdilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 370 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrYuxu görərkən beyində nə baş verir?
Yeni araşdırma yuxuların daha intensiv görüldüyü REM mərhələsində beynin yüksək miqdarda enerji sərf etdiyini ortaya çıxarıb. Bu proses yuxudan sonra hiss edilən zehni yorğunluğun səbəblərindən biri ola bilər. xəbər verir ki, Yaponiyanın Tohoku universitetində aparılan araşdırmada yuxu zamanı beyin
30 sentyabrZukerberq bir gündə 10,9 milyard dollar itirdi
"Meta" şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində Mark Zukerberqin sərvəti sentyabrın 28-də 10,9 milyard dollar azalıb. xəbər verir ki, bu barədə "Forbes" yazıb. "Forbes"in "Real-Time Billionaires" siyahısına görə, Zukerberqin sərvəti 4,23% azalaraq 246,7 milyar
29 sentyabrCOVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29 sentyabriPhone 18 Pro-da ciddi problemlər aşkarlandı
"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir. xəbər verir ki, yeniləm
29 sentyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabr