İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər.
Bəs, İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması Azərbaycanın iqtisadiyyatına hansı təsirləri göstərə bilər? Bu proses ölkəmizdə yanacaq qiymətlərinə birbaşa təsir edə bilərmi, sərhədyanı ticarətdə və daşınma xərclərində hansı dəyişikliklər yarana bilər və bunun digər məhsul və xidmətlərin qiymətlərinə təsiri nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, İranda yanacaq böhranının dərinləşməsi və yanacağın bahalaşması Azərbaycan iqtisadiyyatına müəyyən formada təsir göstərə bilər.
"Bu, əsasən İranla ticarət aparan və İrandan məhsul idxal edən şəxslərə təsir edə bilər. Nəqliyyatın təşkili və yüklərin Azərbaycana gətirilməsi ilə bağlı xərclərdə müəyyən artım yarana bilər. Yanacağın qiyməti yüksəldikdə, təbii olaraq, daşıma xərcləri və nəqliyyat tarifləri də arta bilər. Əgər yanacaq qıtlığı daha da dərinləşərsə və nəqliyyat vasitələri yanacaqla təmin oluna bilməzsə, bu, yükdaşımaların həyata keçirilməsində də problemlər yarada bilər. Lakin hazırda böhranın bu həddə çatdığını demək mümkün deyil. Hazırkı mərhələdə əsas mümkün təsir yanacağın bahalaşmasının daşıma xərclərinə təsiri ilə bağlıdır".
Ekspert bildirib ki, İranda yanacağın bahalaşmasının Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsiri gözlənilmir:
"Azərbaycanla İran arasında bu sahədə birbaşa bağlılıq yoxdur. Bundan əlavə, quru sərhədləri bağlı olduğuna görə sərhədyanı ticarət də həyata keçirilmir. Hazırda əsasən yükdaşımalar mövcuddur. Buna görə də yanacaq xərclərinin artması İrandan Azərbaycana və əks istiqamətdə yükdaşımaların qiymətinə təsir göstərə bilər. Digər tərəfdən, İrandakı yanacaq böhranının daha da dərinləşməsi ilə yanaşı, elektrik enerjisi ilə bağlı problemlər də yaranarsa və ölkədə istehsalın təşkili çətinləşərsə, bu, artıq başqa problemlərə səbəb ola bilər. Belə vəziyyət məhsulların alınması və idxalında çətinliklər yarada bilər. Lakin bunun miqyası İrandakı böhranın hansı səviyyəyə qədər dərinləşəcəyindən asılı olacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo
24 iyul 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Muzdla çalışanların SAYI artıb - STATİSTİKA
Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə
13 iyun 2021Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il
6 may 2021Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021