LG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMA

LG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMALG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Gamers Nexus" texnobloqunun müstəqil kibertəhlükəsizlik mütəxəssisləri ilə birlikdə apardığı araşdırmada bəzi LG televizorlarının internet bağlantısı olmadığı halda belə məlumatları lokal yaddaşda saxlaya və şəbəkəyə yenidən qoşulduqdan sonra ötürə bildiyi iddia edilib.

Mütəxəssislər televizorların şəbəkə trafikini təhlil edərək cihazların lokal şəbəkədə olan digər qurğular - smartfonlar, ağıllı saatlar və başqa cihazlar barədə məlumat toplaya bildiyini müəyyənləşdirdiklərini bildiriblər.

Araşdırmada televizorların yaxınlıqdakı "Wi-Fi" şəbəkələri, onların siqnal səviyyəsi və müxtəlif IP ünvanları barədə də məlumat topladığı qeyd olunub.

Ən ciddi narahatlıq doğuran məqam isə televizorlardakı mikrofonlarla bağlıdır. Araşdırma müəlliflərinin iddiasına görə, bəzi cihazlar ekran söndürüldükdən və gözləmə rejiminə keçirildikdən sonra belə səs məlumatlarını qeydə ala bilər.

İnternet bağlantısının kəsilməsi də bu prosesi mütləq dayandırmaya bilər. Bildirilir ki, cihaz bəzi məlumatları öz yaddaşında saxlayaraq internet bağlantısı bərpa olunduqdan sonra ötürə bilər.

"Gamers Nexus"un məlumatına əsasən, səsli idarəetmə funksiyasının proqram təminatı vasitəsilə söndürülməsi mikrofonun fiziki olaraq tam deaktiv edildiyi anlamına gəlməyə bilər. Məhz bu məqam televizor gözləmə rejimində olduqda hansı funksiyaların aktiv qalması ilə bağlı suallar yaradıb.

LG bu qədər məlumatı niyə toplayır?

Araşdırmada bunun mümkün səbəblərindən biri kimi LG-nin reklam sistemi göstərilir. Şirkət ACR - "Automatic Content Recognition", yəni avtomatik məzmun tanıma texnologiyasından istifadə edir.

Bu texnologiya televizor ekranında göstərilən və ya səsucaldıcılar vasitəsilə yayımlanan məzmunu müəyyənləşdirə bilir. Toplanan məlumatların hədəflənmiş reklamların hazırlanması üçün istifadə oluna biləcəyi qeyd edilir.

Məlumata görə, dünyada internetə qoşulmuş təxminən 216 milyon LG televizoru var. Televizorların lokal şəbəkədə aşkar edə bildiyi digər cihazlar da nəzərə alındıqda potensial məlumat əhatəsinin daha geniş ola biləcəyi vurğulanır.

Təkcə ABŞ-da araşdırmaçılar bu sistemin potensial olaraq 363 milyona yaxın cihazla əlaqəli məlumatlara çıxış imkanının ola biləcəyini bildiriblər.

"Gamers Nexus" LG-nin reklam bölməsinin marketinq materiallarında istifadə edilən "We own the glass" - "Ekran bizə məxsusdur" ifadəsinə də diqqət çəkib.

Məlumatların toplanmasını minimuma endirmək üçün mütəxəssislər "Smart TV"nin birbaşa internet bağlantısının kəsilməsini və striminq xidmətləri üçün ayrıca media qurğusundan istifadə edilməsini tövsiyə edirlər.

Bununla belə, bu üsul televizorun şəbəkə funksiyalarını məhdudlaşdırsa da, məxfiliklə bağlı bütün riskləri tam aradan qaldırmaya bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 398   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021