84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanın qərbində, Fermanada yerləşən, yaşı 200 ildən çox olan saman damlı evdə yaşayır. Bu ev onun üçün sadəcə yaşayış yeri deyil, həm də ailəsinin tarixini yaşadan bir mirasdır.

Marqaret Qallager 1942-ci ildə indi də yaşadığı üçotaqlı evdə dünyaya gəlib. Evi onun babası 1887-ci ildə alıb və həmin vaxtdan bəri bina demək olar ki, dəyişməz qalıb. Evin divarları yerli daş, gil və torfdan tikilib, damı isə ənənəvi çovdar samanı ilə örtülüb. Hazırda bina memarlıq abidəsi kimi qorunur.

Evdə nə su xətti, nə mərkəzi istilik sistemi, nə də elektrik şəbəkəsi var. Marqaret hər gün suyu yaxınlıqdakı bulaqdan daşıyır. Evi açıq ocaqla qızdırır, yeməkləri də həmin ocaqda hazırlayır.

Onun günü sübh tezdən başlayır. İlk işi ocağı qalamaq, daha sonra su gətirmək və gündəlik təsərrüfat işlərini görməkdir. Evi kerosin lampaları və şamlarla işıqlandırılır, istilik üçün isə torfdan istifadə olunur.

Bununla belə, müasir texnologiyalar onun həyatından tamamilə kənarda deyil. Marqaretin mobil telefonu var. Telefonunu günəş enerjisi ilə işləyən enerji qurğusundan, lazım gəldikdə isə avtomobildə enerji yığaraq istifadə edir.

"Bu həyatdan başqa heç bir həyat tanımamışam. İnsan heç vaxt sahib olmadığı şey üçün darıxmır. Bu tənhalıq mənim rahatlığımdır", - o bildirib.

Marqaretin yaşadığı ev nəsillər boyu ailənin xatirələrini qoruyub. Onun atası da 1888-ci ildə məhz bu evdə doğulub və 92 yaşında burada vəfat edib. Marqaret uşaqlığını ailə təsərrüfatında keçirib, daha sonra uzun illər xəstə atasına qulluq edib.

Tək qaldıqdan sonra isə ictimai fəaliyyətlə məşğul olmağa başlayıb. O, yerli mədəni həyatda fəal iştirak edib, tarixi cəmiyyət yaradıb və bölgənin ənənələrinin qorunmasına töhfə verib.

Marqaretin mətbəxində yeməklər bu gün də ulu nənə və babalarının dövründə olduğu üsullarla hazırlanır. Məşhur İrlandiya sodalı çörəyi çuqun qabda, açıq odun üzərində bişirilir, reseptlər isə nəsildən-nəslə ötürülür.

84 yaşlı qadın zarafatla deyir ki, "ekoloji həyat tərzi dəbə düşməmişdən çox əvvəl ekoloji yaşayırdı".

O, yerli məhsullardan istifadə edir, demək olar ki, tullantı yaratmır, yağış suyunu toplayır və minimum enerji sərf edir.

Marqaret qapalı həyat sürən biri də deyil. O, qonaqları həvəslə qəbul edir və köhnə İrlandiya kənd həyatının ənənələri barədə danışmağı sevir.

Onun ictimai və mədəni fəaliyyəti Böyük Britaniyada da qiymətləndirilib. Marqaret mükafata layiq görülüb, həmçinin Kraliça II Elizabet və sonradan kral olan III Çarlzla görüşmək imkanı əldə edib.

"İnsan istədiyi kimi yaşamaq hüququna malikdir. Yaşadığın həyat səni formalaşdırır. Bu həyat mənə kimliyimi verir", - Marqaret müsahibələrinin birində bildirib.

Qış aylarının onun üçün daha çətin keçdiyini etiraf etsə də, həyat tərzini dəyişmək niyyətində deyil. Sağlamlığı və gücü imkan verdiyi müddətdə 80 ildən çox əvvəl doğulduğu həmin saman damlı evdə yaşamağa davam etmək istəyir.

Marqaret Qallagerin hekayəsi rəqəmsal dövrdə rahatlıqla xoşbəxtliyin hər zaman eyni məna daşımadığını bir daha göstərir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 11611   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər

Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək

29 sentyabr
.

İnsanı depressiyaya sürükləyən gündəlik davranışlar

Rusiyalı psixoloq Sergey Lanq hansı davranış formalarının və gündəlik vərdişlərin insanı tədricən depressiv vəziyyətə sala biləcəyini açıqlayıb. -ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əksər hallarda problem qəfil "çökmə" ilə yox, daxili motivasiyanın itirilməsi ilə başlayır

29 sentyabr
.

Məşhur filmin köpək balığı səhnələri ABŞ-də gerçək oldu

ABŞ-nin Nyu-Cersi ştatının Serf-Siti şəhərinin sakinləri şiddətli fırtınadan sonra su basmış küçədə üzən köpəkbalığının videosunu lentə alıblar. -ın xəbərinə görə, görüntüləri yerli "News 12" telekanalı ilk olaraq yayımlayıb. Videonu telekanala göndərən kişinin sözlərinə görə, köpəkbalığın

28 sentyabr
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

1 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Sanki yıxılırsınız: Yuxuya gedərkən bədən niyə qəfil diksinir?

Yuxuya gedərkən insanı qəfil oyadan bu ani diksinmənin elmi adı hipnik sıçrayışdır. Bu, əsasən qol və ya ayaq əzələlərinin qeyri-iradi yığılmasıdır və yıxılma hissi, ürəkdöyünmə və ya görüntülərin qısa müddətli canlanması ilə müşayiət oluna bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog"

29 sentyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Elmi ekspedisiya kabusa çevrildi: "Mağara" filminin sirli dünyası

2005-ci ildə ekranlara çıxan "The Cave" (Mağara) macəra, elmi-fantastika və qorxu janrlarını bir araya gətirən filmlərdəndir. İllər keçməsinə baxmayaraq, yeraltı mağaralarda keçən gərgin süjeti ilə qorxu həvəskarlarının marağını qoruyub saxlayır. xarici mediaya istinadən film barədə məluma

28 sentyabr